Gündəm / İdman
22 avqust 2022
28
Azərbaycanın FIFA referiləri Çempionlar Liqasına təyinat alıblar
Azərbaycanın futzal üzrə iki FIFA referisi UEFA Çempionlar Liqasının ilkin seçmə mərhələsinin oyunlarına təyinat alıblar.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, Hikmət Qafarlı 24-29 avqustda İsveçrənin paytaxtı Berndə yerli “Futsal Minerva”, “KMF Loznica-Grad 2018” (Serbiya), “Vesteralen” (Norveç) və “S.S. Folgore” (San-Marino) komandalarının yer aldığı D qrupunun görüşlərini idarə edəcək.
Knyaz Əmiraslanov isə “Stuttgarter Futsal Club 2020” (Almaniya), “Georgians” (Gürcüstan), “Örebro SK Futsalklubb” (İsveç) və “İstanbul Şişli SK” (Beşiktaş) komandalarının mübarizə aparacağı F qrupunun matçlarında iş başında olacaq. Bu qrupun qarşılaşmaları 23-28 avqustda Türkiyədə gerçəkləşəcək.
Daha çox xəbər:
AFFA-nın xanım nümayəndəsi Konfrans Liqasının oyununa təyinat aldı
İdmanÇempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılır
İdmanÇempionlar Liqasının finalı Rusiyadan ALINDI
Gündəm / İdman“Olimpiakosla” qarşılaşacaq “Neftçi”nin potensial rəqibi müəyyənləşir
Gündəm / İdmanÇempionlar Liqası: Bu gün pley-off oyunlarına start veriləcək - AFİŞA
İdman