Gündəm / Dünya
01 noyabr 2022
4
Soçi danışıqları: Paşinyanın növbəti uğursuzluğu
Caliber.Az Soçi danışıqlarının bəzi təfərrüatından xəbər tutub. Belə ki, əldə olunan məlumata görə, Ermənistan tərəfi 2021-ci ilin mayında və 2022-ci ilin sentyabrında baş verən hadisələri yekun bəyanatında əks etdirmək istəsə də, buna nail ola bilməyib.
Üstəlik, Paşinyan və komandası sənədə 21 may 2021-ci il tarixinə status-kvo ilə bağlı bəndin daxil edilməsini istəyib. Amma bu cəhd də uğursuz olub.
Ermənistan tərəfi öz bəndlərini sənədə daxil edə bilməyəcəyini anladıqdan sonra birgə bəyanatın qəbuluna mane olmağa çalışsa da, erməni hiyləsi baş tutmayıb. Əks halda bu, ev sahibi ölkəyə – Rusiyaya və şəxsən Putinə açıq-aşkar hörmətsizlik olardı.
Yekun bəyanatda “status”la bağlı qeyd yoxdur. Çünki bu, Azərbaycanın daxili işidir. Birgə Bəyanatda Azərbaycan tərəfinə tamamilə uyğun gələn suverenlik və ərazi bütövlüyü məsələsinə xüsusi diqqət yetirilib.
Daha çox xəbər:
Birgə bəyanatın tam mətni - Foto+Yenilənib
Gündəm / SiyasətAntonio Quterreş: "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda status-kvo həmişəlik davam edə bilməz"
Siyasət / DünyaPrezident İlham Əliyev: Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq
SiyasətÜçtərəfli görüşə mane olmaq CƏHDLƏRİ - Ermənistan masaya oturdulur
Gündəm / CəmiyyətƏliyevin Avropada 5 saatlıq döyüşü və qələbəsi – Praqa sənədinin DETALLARI
Gündəm / Siyasət