Gündəm / Dünya
10 noyabr 2022
6
Kambocanın Baş naziri bu şəxslərə bahalı saat hədiyyə edəcək
Kambocanın Baş naziri Hun Sen ASEAN (Cənub-Şərqi Asiya Ölkələri Birliyi) sammitinə qatılacaq bütün liderlərə lüks saat hədiyyə edəcək.
Milliinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 37 ildir hakimiyyətdə olduğu kasıb ölkədə dəbdəbəli saatlara olan həvəsi ilə tənqid hədəfinə çevrilən Hun Sen, Kamboca istehsalı olan və diqqət çəkən xüsusi qol saatlarının fotosunu paylaşıb.
Hun Sen dəri qayışı üzərində "ASEAN Cambodia 2022" yazılan saatların Kambocanın elmi və texnoloji inkişafını əks etdirdiyini bildirib və saatın dəyəri ilə bağlı heç bir məlumat verməyib.
Saat mütəxəssisləri isə saatın böyük ehtimalla yüz minlərlə dollar dəyərində olduğunu ifadə ediblər.
ASEAN Sammiti noyabrın 10-13-də Cənub-Şərqi Asiya ölkəsi Kambocanın paytaxtı Pnompendə keçiriləcək. Qonaqlar arasında ABŞ prezidenti Co Bayden də var.
Daha çox xəbər:
İlham Əliyev Kamboca kralına məktub göndərdi
Gündəm / SiyasətBakıda 300 xarici iştirakçının qatılacağı turizm tədbiri keçiriləcək
İqtisadiyyat / Dünya / MədəniyyətAzərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsi Ermənistanı narahat edir
İqtisadiyyatRusiyalı oliqarx lüks yaxtasını Türkiyəyə göndərdi
DünyaÇinin xarici işlər naziri Avropaya səfər edəcək
Siyasət / Dünya