Gündəm / Cəmiyyət
25 may 2022
36 416

Xanım iş adamından Bakı Şəhər Nizami Rayon Məhkəməsinin hakimləri, eləcə də məhkəmə icrasçısı haqda ŞOK İDDİA -- YENİLƏNİB

Xanım iş adamından Bakı Şəhər Nizami Rayon Məhkəməsinin hakimləri, eləcə də məhkəmə icrasçısı haqda ŞOK İDDİA -- YENİLƏNİB

İDDİAÇI: "Hakimlər Həqiqət Əhmədova və Qumru Əliyeva, məhkəmə icrasçısı Fəxrəddin Şahhüseynov qəbul etdikləri ədalətsiz Qərar və Qətnamə, tərtib etdikləri saxta protokol ilə, birbaşa, dövlət başçısının iş adamlarını hərtərəfli dəstəkləməsi əleyhinə olduqlarını ortaya qoydular!"

Azərbaycan Prezidenti İlham Əliyev cənabları həmişə öz çıxışlarında xüsusi olaraq onu vurğulayıb ki, ölkə biznesinə mane olanlar, birbaşa, dövlətimizə xəyanət edirlər. Məhz buna görə də, iş adamlarının fəaliyyətinə müdaxilə edənlər ciddi cəzalandırılır. Dövlət başçısı qəti şəkildə onu deyib ki, bu, bundan sonra da belə olacaq: "Artıq ictimaiyyət də bunu görür və görəcək. Son vaxtlar qəbul edilmiş qanunlar və sərəncamlar, verilmiş qərarlar da bu məqsədi güdür ki, sahibkarlara heç kim mane olmasın, süni əngəllər aradan götürülsün, onlar maksimum dərəcədə sərbəst, rahat şəraitdə işləsinlər, vəsait qoyub, iş yerləri yaratsınlar. Beləcə, ölkənin biznes mühiti daha da yaxşılaşsın. Çünki hər bir dövlətin yüksək səviyyədə hərtərəfli inkişafında, onun azad biznesinin vəziyyəti və sahibkarlıq mühitinin durumu mühüm əhəmiyyət kəsb edir".
Çox təəssüf ki, möhtərəm Prezidentin çıxışlarındakı bu və bu kimi ciddi xəbərdarlıqlara belə baxmayaraq, pul qoyub, özlərinə iş yerləri yaradanlar, indinin özündə də, maddi maraqlar uğrundakı intriqalar və səs-küylü qalmaqallar çərçivəsində incidilir. Bu isə, sonda, onların iş üçün qoyduqları külli miqdarda maddi vəsaitin havaya sovrulması anlamına gətirib çıxarır. Dəhşət ondadır ki, əvvəllər olduğu kimi, indinin özündə də, belə açıq qanunsuzluqlara daha çox məhkəmələrdə əl atılır və bütün bunlar dövlət rəhbərinin əhalinin güzəranını yaxşılaşdırmaq, ölkədə sahibkarlığı daha da inkişaf etdirmək, yeni iş yerləri açmaq, cəmiyyətdə qarşılıqlı anlaşma və dialoq yaratmaq, vətəndaş məmnunluğunu hər sahədə təmin etmək sahəsində apardığı böyük işlər fonunda baş verir. Çox təəssüf ki, belə bir şəraitdə bir çox vəzifə sahibləri, hətta ədalət carçıları ictimai və dövlət mənafeyini deyil, şəxsi maraqlarını hər şeydən üstün tuturlar. Bu isə, getdikcə artan haqlı ictimai narazılığın başlıca səbəbinə çevrilir.
Elə, araz.az-ın bu yazısında barəsində danışacağımız xanım iş adamı Tahirə Mirzəyeva da, bir müddətdir ki, belə bir təhlükənin məngənəsindədir və bu çətinlikdən necə çıxacağına ümidi qalmayıb. Çünki əsas günahkarlardan başqa, haqq-ədalət müdafiəçisi olan məhkəmə hakimləri belə, onun özü ilə bərabər, yaratdığı iş yerinin də başlarına oyunlar açmaqdan, zərrə qədər də olsa, çəkinmək istəməyiblər. Baxmayaraq ki, külli miqdarda pulunu xərcləyərək, icarəyə götürdüyü obyektdə özünə hər bir şəraitə malik çörəkbişirmə sexi quran bu kiçik sahibkarın başına oyun açıb, olmazın müsibət gətirənlər, xeyli müddətdir onun biznesinə daha ciddi formada tənəzzül dövrü yaşadırlar. Hərtərəfli ziyana düsən iş adamı isə, nə edəcəyini bilmir. Çünki başına gətirilənlərlə bağlı və hərtərəfli kömək üçün aidiyyatı digər dövlət qurumları rəhbərlərinin adlarına yazdığı şikayət xarakterli çoxsaylı müraciətləri də, indiyədək cavabsız qalaraq, yaxşı bir nəticə verməyib. Bu biganəliyin və saymamazlığın ən pis nəticəsi isə odur ki, adını yuxarılarla bağlayan, istədiyini etməkdən çəkinməyən əsas günahkarın -- icarədarın, eləcə də ona yaxın olanların xətrlərinə dəyən tapılmır ki, tapılmır.
Yeri gəlmişkən, onu da qeyd edək ki, hakimlərin işə ədalətli yanaşmadığını görən və ümidi hər yerdən kəsilən iş adamı,
istəyinin tezliklə reallaşması ümidiylə, sonda, son ümidlərinə -- ölkə başçısına, Birinci vitse-prezidentə və Məhkəmə-Hüquq Şurası sədrinə, eləcə də ölkənin media vasitələrinin rəhbərlərinə üz tutaraq, əsas günahkarlar tərəfindən başına gətirilənlərin qısa xülasəsi olan Müraciətini, kömək üçün onların adlarına ünvanlayıb. Bir müddətdir naəlac qalan iş adamı inanır və ümid edir ki, bu yüksək səlahiyyət sahibləri və ölkə mətbuatının rəhbərləri bu ciddi məsələyə biganə qalmayacaq, onların bu işə müdaxilələri ilə, tezliklə ədalət bərpa olunacaq, haqq öz yerini tapacaq.
Bu yerdə onu da qeyd etməyi lazım bildik ki, iş adamı öz Müraciətində ölkə mətbuatının rəhbərlərindən, vicdanlı və obyektiv jurnalistlərdən dönə-dönə onu da xahiş edir ki, bu məsələni daim diqqətdə saxlasınlar. Medianı, hakimlərin onun vətəndaş hüquqlarını pozmağa yönəlik ədalətsiz Qərar və Qətnamə qəbul etmələri barədə ictimaiyyəti daha ətraflı məlumatlandırmağa çağıran şikayətçinin çətin durumda olduğunu nəzərə alıb, onun araz.az-ın ünvanına da göndərdiyi şikayət xarakterli həmin Müraciətini, nöqtə-vergülunə toxunmadan, aidiyyatı dövlət qurumları rəhbərlərinin və dəyərli oxucularımızın da diqqətinə çatdırırıq:WhatsApp Image 2022 04 23 at 03.46.47
Xanım iş adamından Bakı Şəhər Nizami Rayon Məhkəməsinin hakimləri, eləcə də məhkəmə icrasçısı haqda ŞOK İDDİA -- YENİLƏNİB

"AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ MÖHTƏRƏM İLHAM ƏLİYEV CƏNABLARINA

AZƏRBAYCAN RESPUBLİKASININ BİRİNCİ VİTSE-PREZİDENTİ ÇOX HÖRMƏTLİ MEHRİBAN XANIM ƏLİYEVAYA

AZƏRBAYCAN RESPUBLİKASI
MƏHKƏMƏ-HÜQUQ ŞURASININ SƏDRİ, ƏDLİYYƏ NAZİRİ CƏNAB FİKRƏT MƏMMƏDOVA

ÖLKƏNİN MƏTBUAT ORQANLARININ BAŞ REDAKTORLARINA


Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış massivi, ev, 143, mənzil, 61/62 ünvanında yaşayan Tahirə Səyyaf qızı Mirzəyeva tərəfindən

MÜRACİƏT

Möhtərəm Prezident!
Çox hörmətli Mehriban xanım!
Cənab Sədr!
Hörmətli Baş redaktorlar!


Mənim Sizlərə şikayət xarakterli bu Müraciətim, Bakı Şəhər Nizami Rayon Məhkəməsinin hakimləri Həqiqət Əhmədovanın və Qumru Əliyevanın, eləcə də Nizami Rayon İcra və Probasiya Şöbəsinin icrasçısı Fəxrəddin Şahhüseynovun, bir vətəndaş və iş adamı olaraq, mənə qarşı yönələn və mövcud qanunlarımızın çərçivəsinə sığmayan bəd əməlləri barəsindədir. Vaxtınızı almamaq üçün, konkret olaraq bunları qeyd etmək istəyirəm ki, adlarını çəkdiyim hakimlər və iş icraçısı mənim şikayətim üzrə obyektiv məhkəmə araşdırması aparmadan, qanunsuz və əsassız Qərar və Qətnamə qəbul etməklə, bir iş adamı kimi, məni həddən çox maddi ziyana salıblar. Məhz bu səbəbdən, mən hakimlərdən və icraçıdan şikayətimi ölkə başçısına, Birinci vitse-prezidentə, Məhkəmə - Hüquq Şurasının sədrinə, eləcə də nüfuzlu mətbuat vasitələrinin rəhbərlərinə ünvanlamağı vacib bildim. Çünki bir iddiaçı iş adamı olaraq, mənim ilkin iddiam, eləcə də qarşı tərəfin qarşılıqlı iddiası üzrə məhkəmə işlərinə baxılarkən, həm prosesin gedişi zamanı, həm də Qərar verilib, Qətnamə qəbul edilərkən, bir də iş icraya yönəldilərkən hakimlərlə bərabər, məhkəmə icraçısı da özlərini cavabdeh tərəfin -- “Eldar” Kiçik Müəssisəsinin məni, mənimlə bərabər mənə köməkçi olan oğlum Namiq Mirzə oğlu Mirzəyevi qorxub-cəkinmədən hədələyən, özlərini yuxarıların adamları və "dtx əməkdaşları" kimi qələmə verən bu kiçik müəssisəsinin rəhbərlərini -- iki qardaş olan Zahid və Surac Əkbərovları dəstəkləyib, onların tərəfində olduqlarını açıq-aşkar nümayiş etdirməkdən çəkinmədilər. Beləcə, bir sahibkar olaraq, mənim ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “Eldar” Kiçik Müəssisəsinə qarşı “maddi ziyan və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddiam təmin edilmədi, üstəlik, ilkin iddia üzrə ödənilmiş dövlət rüsumu belə mənə aid edildi.
Həmin Qərar və Qətnamənin sürətlərini də, şikayət ərizəmə əlavə edir və bildirmək istəyirəm ki, qarşılıqlı iddia tələbi də qismən təmin edilib. Bakı şəhəri 12 saylı notariat kontorunda, icarə verən “Eldar” Kiçik Müəssisəsi ilə mənim aramda 16 avqust 2021-ci il tarixdə bağlanmış və reyestrdə 3M-1751 №-si ilə qeyd edilmiş icarə müqaviləsinə xitam verilib. Bu azmış kimi, 16.09.2021-ci il – 03.10.2021-ci il tarixləri üzrə 68 (altmış səkkiz) manat ödənilməmiş icarə haqqı da məndən tutularaq, “Eldar” Kiçik Müəssisəsinə ödənilməsi qət edilib.
Onu da qeyd edim ki, mənim tərəfimdən “Eldar” Kiçik Müəssisəsinə məxsus əmlakdan istifadəyə yaradılmış maneənin aradan qaldırılması tələbi qismən təmin edilib, bir ədəd xəmir yoğurma aparatı, bir ədəd çörək bişirmə peçi, bir ədəd tefal çayniki, bir ədəd kündə çəkilməsi üçün tərəzi, bir ədəd soyuducu və 15 tay un dolu kisələrin mənim hesabıma “Eldar” Kiçik Müəssisəsinə məxsus icarə obyektindən çıxarılması qət edilib. İddiam qalan hissədə təmin edilməyib. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “Eldar” Kiçik Müəssisəsinə aid edilib.
Beləcə, qanunlarımızın tələbələri əleyhinə gedərək, iddiaçı olsam da, mənim haqlı tələblərimi nəzərə almayan, 7 aya yaxındır ki, məni halal işimdən və qazancımdan məhrum edən, təkcə məni yox, mənimlə işləyən neçə-neçə vətəndaşı belə ailəsinə çörək və dolanışıq pulu aparmaqdan məhrum edən, hətta mənim iştirakım olmadan, məhkəmə predmeti olan və mənə icarəyə verilən obyektə baxış keçirən, beləcə qeyri-qanuni Qərar və Qətnamə qəbul edən hakim kimi, məhkəmə icraçısı da, möhtərəm Prezidentimiz, Sizin, dövlət başçısı olaraq, sahibkarlara və iş adamlarına olan səmimi münasibətinizin, onlara qarşı yürütdüyünüz siyasətin, sahibkarlara və iş adamlarına dəstək çağırışlarınızın əleyhinə olduqlarını ortaya qoymaqdan çəkinmədilər.
Sahibkarlıq fəaliyyətimə qarşı ciddi maddi və mənəvi zərbəyə çevrilən epizodlar çərçivəsində, Müraciətimdə qeyd etdiklərimi nəzərə alıb, Sizlərdən bir daha dönə-dönə xahiş edirəm ki, Bakı Şəhər Nizami Rayon Məhkəməsinin adlarını çəkdiyim hakimləri və məhkəmə icraçısı barəsində, mövcud qanunlarımızın tələbələri çərçivəsində tədbir görülməsinə ciddi tapşırıqlarınızı verəsiniz! Bu yerdə, həmçinin onu da qeyd edirəm ki, mən həmin məhkəmə Qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinə Apellyasiya Şikayəti də vermişəm. Xahiş edirəm, bu işə Bakı Apellyasiya Məhkəməsində qanun tələbinə uyğun baxılması üçün də, müvafiq göstərişlərinizi verəsiniz!
Edəcəyiniz köməyə görə, Sizlərə, qabaqcadan minnətdarlığımı da çatdırıram!

İMZA: TAHİRƏ MİRZƏYEVA.
Bakı şəhəri, 15 aprel, 2022-ci il".


Şikayətçi adından redaksiyamıza da daxil olan bu Müraciətdə göstərilənlərlə bağlı, jurnalist araşdırması apararkən əldə etdiyimiz dəqiq məlumatlar, eləcə də biznes işində xanım iş adamının ən yaxın köməkçisinin, məhkəmə proseslərində rəsmi nümayəndəsinin -- oğlu Namiq Mirzəyevin bizə dedikləri bir daha sübut etdi ki, doğrudan da, ölkə mətbuatında hakimlərin ədalətsiz qərar və qətnamələr çıxardıqları barədə tez-tez dərc olunan yazılarda verilən məlumatların, demək olar ki, əksəriyyəti düzdür.

Namiq Mirzəyevin bu qəbildən bizə dediklərindən:

-- Ümidimiz hər yerdən kəsildiyindən, nəhayət, Nizami Rayon Məhkəməsinə müraciət etməyi lazım bildik. Ancaq bu da öz müsbət nəticəsini vermədi. Hansısa “görünməz nüfuz sahibi"nin diqtəsi hər iki hakimi -- Həqiqət Əhmədovanı və Qumru Əliyevanı, eləcə də məhkəmə icrasçısı Fəxrəddin Şahhüseynovu məhkəmə və icra proseslərini cavabdehin maraqları çərçivəsində bitirmələrinə gətirib çıxartdı. Dəhşət ondadır ki, bütün bunlardan sonra, həqiqət və ədalət carçıları olacaqlarına vaxtilə and içən ölkə hakimlərinin əksəriyyətinin alınıb-satıldıqları barədə deyilənlər, artıq, bizim üçün də, günümüzün reallığına çevrildi. Çünki bunu, anamla bərabər, mən də öz gözlərimizlə görür və bu biabırçılığa şahidlik edirik. Gördüyümüz bu biabırçılıqlar səhnəsindən sonra, onu da fikirləşirik ki, hakim mantiyası daşıyan, həqiqət və ədalət carçısı olan insan əgər belə qanunsuz biabırçı əməllərə qol qoyursa, onda, artıq dünyanın sonudur.
Hələ bu dediklərim, eləcə də anamın Müraciətində yazılanlar nədir ki?!. Bunlar, ümumiyyətlə, ədalət carçısı kimi məhkəmə hakimləri, onların icra qətnamələrini yerinə yetirən məhkəmə icraçısı, eləcə də icarədar tərəfindən icarəçi kimi başımıza gətirilənlərin nəinki bir hissəsi, hətta, sanki vaxtaşırı baxdığımız bu mövzuda çoxseriyalı bir kinonun adi bir sujetidir. Onsuz da, hakimlərin, eləcə də məhkəmə icraçısının təqsirləri ucbatından, Surac və Zahid Əkbərov qardaşları tərəfindən, anamın və mənim başımıza gətirilənlər, kinolardakı dəhşət və müsibət süjetləritək, heç vaxt unudulası deyil.
Başımıza açılan oyunlarla bağlı, az da olsa, Müraciətdə yazmışıq. Amma, yeri gəlmişkən, onu ətraflı demək istəyirəm ki, Bakı şəhəri, Nizamı rayonu, Məmmədov küçəsi, 160 F ünvanında yerləşən və “Eldar” Kiçik Müəssisəsinə məxsus 304,7 kv.m ümumi sahəli qeyri-yaşayış yerinin 120 kv.m-lik hissəsini, əvvəli 2021-ci ilin avqust ayının 16-sı, sonu isə, 2023-cü ilin oktyabr ayının 16-sı müəyyən edilən və rəsmi şəkildə təsdiqini tapan İcarə Müqaviləsi ilə, çörək və digər un məmulatları istehsal edən sex açmaq üçün, icarəyə götürdük. Elə, həmin vaxtdan, sexin normal şəkildə işini qurmaq üçün, əlimizdən gələni etdik. Tez bir zamanda tam düzəldib, lazımi qiymətli avadanlıq və əşyalarla təmin edərək, çörəkbişirmə sexini işə saldıq və getdikcə işinin yaxşı getməsi üçün yorulmadan çalışdıq. Çox keçmədən istəyimizə çatıb, istehsal etdiyimiz keyfiyyətli çörək və digər un məmulatları üçün alıcılar da topladıq. Nəticədə, müqavilə ilə müəyyən edilən icarə haqqını, üstəlik, işçilərin əmək haqqını verməkdə çətinliyə düşmədik.
Di gəl ki, işimizin belə yaxşı getməsi, çox keçmədən, icarədarı -- “Eldar” Kiçik Müəssisəsi adından bizimlə bağlanan İcarə Müqaviləsini imzalayan Surac Əkbərovun özünü, getdikcə daha çox "həvəsləndirməyə başladı". Bizə dəfələrlə şəriklik təklif etdi. Aramızda buna razılıq olmadı deyə, qorxub-cəkinmədən bizi təhdid edərək, faizə işləməyi tələb etdi. Biz isə, təbii ki, bunu da qəbul edə bilməzdik.
Bir sözlə, heç bir günahımız və qanunsuz hərəkətimiz olmadığı halda, bizi qovub, sexdən çıxarmaq üçün, Surac Əkbərov, qardaşı Zahid Əkbərovla bərabər, yaxşı olmayan çox şey düşündülər. Gördülər ki, istəklərinə çatmaları üçün, düşündükləri heç nə alınmır, 2021-ci ilin oktyabr ayının 3-ü tarixində, “Eldar” Kiçik Müəssisəsinin təmsilçisi kimi, Etibarnamə ilə sexə gəlib, anamdan, bu yerin icarə haqqını 800 manata qaldırdığı barədə, aramızda bağlanacaq yeni İcarə Müqaviləsinə imza atmağı, əks təqdirdə, elə həmin gün buradan çıxmağımızı israrla bizdən tələb etdi. Aramızda mübahisə dolu nə qədər narazılıqlar yaransa da, buna baxmayaraq, Surac Əkbərov, özünü "dtx əməkdaşı" kimi təqdim edən, bizə bu adla hədə-qorxu gəlməkdən çəkinməyən qardaşı Zahid Əkbərovla bərabər, bizi buradan çıxarmağa nail oldular. Elə, həmin gündən indiyədək, sexin qapısı bağlı qalıb.
Sexdən zorla çıxarıldığımız gündən, orada, hər birinin qiyməti 27 manat olan 82 ədəd un kisəsi qaldı. Nə qədər etsək də, qiymətli avadanlıq və əşyalarımız bir yana, sexin qapısını açdırıb, heç olmasa orada qalan və ümumi dəyəri 2214 manat təşkil edən, bir də ki, xarab və zay olma ehtimalı böyük olan həmin un taylarını oradan çıxara bilmədik. Aradan xeyli müddət keçdikdən və yalnız əraziyə baxan Polis Şöbəsinə müraciət etdikdən sonra, Əkbərov qardaşları həmin un taylarının qaytarılmasına razılıq verdilər. Bu zaman, aradan xeyli müddət keçdiyinə və istifadə müddəti bitdiyinə görə, artıq, unun xarab olduğu hamıya məlum oldu.
Məcburiyyətdən, rəhbəri olaraq sexi işlədən anamın adıyla, bizə dəyən hərtərəfli maddi ziyanı günahkarın -- "Eldar" Kiçik Müəssisəsi rəhbərinin ödəməsi iddiası ilə, Nizami Rayon Məhkəməsinə İddia Ərizəsi verib, hakimlərinin bu barədə Qərar və Qətnamə çıxarmalarını xahiş etdik. Onu da qeyd edim ki, İcarə Müqaviləsində göstərilən vaxtda, cavabdehin təqsiri ucbatından, lazımi qiymətli avadanlıq və əşyalarla təmin etdiyimiz sexin qanunsuz bağlı qalması, nəticədə, indiyədək iş adamı olaraq, anamın fəaliyyəti dayandığına və hərtərəfli ziyana düşüb, gəlir əldə edə bilmədiyinə, eləcə də bağlı yerdə qalaraq, yararsız vəziyyətə düşən 82 ədəd un tayına görə, bizə dəymiş ziyan, eləcə də məhkəməyə müraciət zamanı ödədiyimiz rüsum... üst-üstə 36500 manat təşkil etdiyi üçün, bu məbləğin cavabdeh tərəfindən anama ödənilməsini nəzərdə tutduq.
Bu barədə xəbəri eşidən Əkbərov qardaşları, bundan sonra, amansız düşmən kimi, üstümüzə, o vaxtdan indiyədək, sanki "səlib yürüşünə çıxıblar". Qardaşlar bizdən qişas almaq üçün, hər cür iyrənc vasitəyə əl atıblar. Elə, istədiklərini ediblər də! Hətta qarşılıqlı İddia Ərizəsi verib, bizə acı günlər yaşadıblar. Onlar bizə açıq-aşkar onu da dəfələrlə deməkdən çəkinməyiblər ki, nə olursa-olsun, İddia Ərizəsində göstərdiyimiz maddi ziyan miqdarında -- 30 mindən çox pul xərcləyib, bizim başımıza oyun açacaqlar. Elə, dedikləri kimi də edib, istədiklərini etməyə nail oldular. Hətta ədalət və həqiqət carçıları olan hakimləri, eləcə də məhkəmə icraçısını da, hansı yollasa ələ ala bildilər. Dəhşət ondadır ki, onlar bu işi o yerə çatdıra bildilər ki, nə qədər etsək də, hakim sexin normal vəziyyətdə olmasını və işinin yaxşı getməsini özündə əks etdirən və redaksiyanıza da təqdim etdiyim video-görüntüləri və foto-faktları belə, əsas fakt və inkaredilməz dəlil kimi bizdən qəbul edib, işin içinə qoymadı. Bir sözlə, hakim və məhkəmə icraçısını bizə qarşı qoymağa, hətta məhkəmə proseslərində və obyektə məhkəmə baxışlarında bizdən xəbərsiz öz istəklərinə uyğun Qətnamə çıxarılmasına, protokollar və digər sənədlər tərtib edilməsinə də nail olan Əkbərov qardaşları, həyata keçirdikləri iyrənc vasitələrlə -- məhkəmə proseslərinin belə ciddi hüquq pozuntularıyla aparılması, qanunlara məhəl qoyulmaması və ədalətin bu dərəcədə tapdalanması ilə, bizi dərindən məyus etdilər.
Əlbəttə, bu qanunsuz və ədalətsiz işin arxasında şəxsi marağın dayanması da şəksizdir, yoxsa məhkəmə hakimləri və məhkəmə icraçısı arxayınlıqla bu miqyasda qanunsuzluqlara rəvac verməzdi. Çünki onlar da açıq-aydın görürdülər ki, qarşı tərəf milli ənənə, biznes əxlaqı, vicdan və ədalət anlayışlarını bir kənara qoyaraq, bizim yaratdığımız sexin fəaliyyətini iflic etmək üçün, bütün resursları işə salıb. Anam öz Müraciətində də, bu məqama daha çox diqqət çəkməyi yuxarılarda oturanların hamısından xahiş edib".

Bəli, şikayətçinin yazdıqlarından və rəsmi nümayəndəsinin dediklərindən də məlum olur ki, baş verən bu olaylar zamanı ciddi zərbə alıb, külli miqdarda ziyana düşən, hər şeyini itirən də iş adamı olub. Ortada qazananlar isə, ədaləti və haqqı tapdalayan günahkarlar, bir də onlara tərəfdar olmaqdan çəkinməyərək, haqsız yerə ədalətsiz Qərar və Qətnamə çıxaran, protokollar tərtib edən hakimlər və məhkəmə icraçısıdır. Bu məhkəmə proseslərinin, hansısa “nufuz sahibi gizli qüvvə”nin əliylə günahkar tərəfin xeyrinə yönləndirilməsi, onun bu "səviyyədən" müdafiəsi nəticəsində “qalib gəlməs”i, dəyərli oxucularımız kimi, ictimaiyyətin digər nümayəndələrini də düşündürməyə bilməz. Elə, buna görə, eləcə də qardaşların və onları haqsız yerə müdafiə etməkdən çəkinməyən hakimlərin və məhkəmə icraçısının iş adamına qarşı qanunsuz hərəkətlərindən bəhs edən, bir çox həqiqətləri ortaya qoyan, lakin çox təəssüf ki, məhkəmə proseslərində əhəmiyyət verilməyən sübut dolu faktlar və dəlillər, video-görüntülər, foto-faktlar əlimizdə bol olduğundan, bu mövzu ətrafında baş verə biləcək hadisələri, araz.az xəbər portalının əməkdaşları olaraq, daim diqqətdə saxlayacağıq. Yazıda qeyd olunanlala bağlı, media haqqında qanunların tələblərinə uyğun olaraq, qarşı tərəfin mövqeyini işıqlandırmağa hazır olduğumuzu da, öncədən bildiririk.

Məhi ELSEVƏR,
Səməndər QURBANOV,
araz.az xəbər portalının xüsusi müxbirləri.

REDAKSİYADAN:


araz.az-ın 23.04.2022-ci il tarixində və yeniləyərək, təkrarən indi də dərc etdiyi bu yazıda adlarını günahkar kimi hallandırdığımız “Eldar” Kiçik Müəssisəsinin rəhbərləri -- iki qardaş olan Zahid və Surac Əkbərovlar da, xanım iş adamının, tamamilə onları dəstəkləyib, onların tərəfində olduqlarını açıq-aşkar nümayiş etdirməkdən çəkinməyən hakimlərin çıxardıqları Qərar və Qətnamədən apellyasiya şikayəti verdiyini eşitdikdən dərhal sonra, yenidən hərəkətə keçiblər. Daha doğrusu, gülüş doğuran bir qənaətə gəliblər. Yəni, əldə etdiyimiz məlumata görə, Əkbərov qardaşları da, hakimlərin "ağına-bozuna baxmadan" tamamilə onların xeyrinə çıxardıqları bu Qərar və Qətnamə ilə razılaşmadıqlarını bildirərək, Apellyasiya Məhkəməsinə üz tutublar. Gülməli olduğu qədər, həm də maraqlıdır: Axı, bu o demək deyilmi ki, doğrudan da, günahkarlar bu addımı atmaqla indidən etiraf edirlər ki, bəli, hakımlər onların xeyrinə işləməkdə düzgün etməyiblər.
Toni
Thanks for sharing your thoughts about məhkəmə.
Regards

Here is my site vilabet78.sbs
Lane
My brother suggested I might like this blog. He was totally right.
This post truly made my day. You cann't imagine just how much time I had spent for this info!
Thanks!

Feel free to surf to my web blog ... roma 99 (offroadjunk.com)
Mavis
Way cool! Some extremely valid points! I appreciate you penning this article and the rest of the site is also really good.


Also visit my site - makebluefield.com, Joie,
Marjorie
hello!,I love your writing so much! share we keep
up a correspondence more approximately your post on AOL?
I need an expert in this house to solve my problem. Maybe that's you!
Looking ahead to look you.

My blog post :: اخبار ورزشی شبکه 3 چه ساعتی پخش میشود
Myrtle
First off I want to say superb blog! I had a quick question in which I'd like to ask if you don't mind.
I was interested to find out how you center yourself and clear your
head before writing. I have had trouble clearing my mind in getting my thoughts out.
I do take pleasure in writing but it just seems like the first 10 to 15 minutes are lost simply just trying to
figure out how to begin. Any recommendations or hints?
Cheers!

Also visit my web page ... سئو سایت،
سفینه بی بازگشت ارتقای سایت در گوگل
Randal
I do consider all the ideas you've introduced to your post.
They're really convincing and can definitely work. Still, the posts are very quick for starters.
May you please lengthen them a little from subsequent
time? Thanks for the post.

Here is my website :: makebluefield.com
(speedgh.com)
Lionel
An outstanding share! I have just forwarded this onto a coworker who was conducting a little research on this.
And he actually ordered me dinner due to the fact that I stumbled upon it for him...
lol. So allow me to reword this.... Thank YOU for the meal!!

But yeah, thanks for spending time to talk about this matter
here on your web site.

Feel free to visit my web-site اخبار ایران
و جهان پارسیک
Chu
Its like you read my mind! You appear to know a lot about this, like you wrote the book in it or something.
I think that you can do with a few pics to drive the message home a
little bit, but instead of that, this is great blog. A great read.
I will definitely be back.

Feel free to visit my blog; arjuna189 (https://www.thehomeautomationhub.com/)
Adriene
Asking questions are genuinely nice thing if you are not understanding anything completely, however
this article presents pleasant understanding yet.

Take a look at my homepage - agencia seo local; list.ly,
Cleo
An interesting discussion is definitely worth comment.
I think that you should publish more about this subject, it might not be a taboo subject
but usually people don't discuss such topics. To the next! Kind regards!!



Here is my web-site Thermal break
window
Kit
Unquestionably consider that which you stated. Your favourite justification seemed to be at
the web the simplest factor to take note of.
I say to you, I definitely get annoyed whilst folks think about concerns that they plainly do not know about.
You controlled to hit the nail upon the highest and also
outlined out the entire thing with no need side-effects , people could take a signal.
Will probably be again to get more. Thanks

My blog; سیمانیوز اخبار ورزشی شبکه سه
۱۳۹۷ ([url=http://PK]pk[/url])
Rob
What's up, this weekend is nice in support of me, since this point
in time i am reading this fantastic informative
article here at my house.

Also visit my web-site - Buffalo student transportation
Bertha
Hi! I realize this is kind of off-topic however I needed to ask.
Does running a well-established blog such as yours take a large amount of work?
I'm completely new to blogging but I do write in my journal daily.
I'd like to start a blog so I can easily share my personal
experience and views online. Please let me know if you have any kind of recommendations or tips for new aspiring bloggers.

Thankyou!

Also visit my blog post: china
fun nyc
Gabriela
Hey there, You have done an incredible job. I will definitely
digg it and personally recommend to my friends.

I'm sure they will be benefited from this web site.

Here is my web-site; RAJAXSLOT
Giselle
I'm impressed, I have to admit. Rarely do I encounter a
blog that's both educative and amusing, and without a doubt, you have hit the nail
on the head. The issue is something that not enough folks
are speaking intelligently about. Now i'm very
happy that I stumbled across this during my search for something regarding this.


Feel free to surf to my homepage :: RAJAXSLOT (Rosalina)
Sidney
It's an awesome paragraph in support of all the
internet people; they will obtain benefit from it I am sure.


Here is my page - www.mainlandautoparts.com (https://zzb.bz/)
Manuela
When I originally commented I seem to have clicked the -Notify me when new
comments are added- checkbox and now whenever a comment
is added I recieve 4 emails with the exact same comment. There has to be a way
you are able to remove me from that service? Cheers!

Here is my blog :: اخبار روز اتومبیل
Doug
Thanks for finally writing about >Xanım iş adamından Bakı
Şəhər Nizami Rayon Məhkəməsinin hakimləri, eləcə də məhkəmə
icrasçısı haqda ŞOK İDDİA -- YENİLƏNİB » Milliinfo.az <Loved it!

my blog post ... Toto Draw
Debra
Today, I went to the beach with my kids. I found a
sea shell and gave it to my 4 year old daughter and said "You can hear the ocean if you put this to your ear." She placed the shell to her ear
and screamed. There was a hermit crab inside and it pinched her ear.

She never wants to go back! LoL I know this is completely
off topic but I had to tell someone!

Here is my site ... JURAGAN 4D
Zenaida
Paragraph writing is also a fun, if you be familiar with after that you can write if not it is complex to write.



my webpage; Arjuna 189
Margarette
If you are going for finest contents like I do, just pay
a visit this site every day because it presents quality contents, thanks

Stop by my blog ... MarkhamBasementRenovation (Jeannette)
Tamie
I visited various web sites but the audio feature for audio songs existing at this website is genuinely marvelous.


Look into my webpage - Satset 189; https://www.webwiki.ch/theosforum.org,
Rafaela
Wow, this post is pleasant, my sister is analyzing such things,
so I am going to inform her.

My website Satset 189
Hildegarde
I am regular reader, how are you everybody? This article posted at this
website is truly fastidious.

Visit my web page Satset
189
Brandie
You should be a part of a contest for one of the highest quality websites on the web.
I most certainly will highly recommend this blog!


My webpage ... Juragan4d

Hi to all, the contents existing at this site are genuinely amazing for people experience,
well, keep up the nice work fellows.

my webpage :: Juragan4d (Cornell)
Hai
Hello! This is my 1st comment here so I just wanted to
give a quick shout out and say I truly enjoy reading your posts.
Can you recommend any other blogs/websites/forums that cover the same topics?
Thank you so much!

my web blog ... Juragan4d
Alfonso
Write more, thats all I have to say. Literally, it
seems as though you relied on the video to make your point.
You obviously know what youre talking about,
why throw away your intelligence on just posting videos to your blog when you could be
giving us something informative to read?

My web blog; extintores para plantas
químicas
Назад 1 ... 30 31 32 33 34 35 36 37 38 39 Дальше