Gündəm / İdman
30 iyul 2024
0
7 aylıq hamilə idmançı olimpiadada iştirak etdi
7 aylıq hamilə olan misirli qılıncoynadan Nada Hafiz Parisdə keçirilən Yay Olimpiya Oyunlarında iştirak edib, hətta 1/8 finala çıxıb.
Bu barədə o, sosial şəbəkə hesabında yazıb.
“Meydanda iki iştirakçı var idi, amma əslində üç nəfər idik: mən, rəqibim və doğulmamış körpəm. Biz həm fiziki, həm də emosional olaraq bir çox sınaqlardan keçdik, amma buna dəyərdi. Olimpiadanın 1/8 finalına çıxmağımızla fəxr edirəm. Həyat yoldaşımın və ailəmin etimadı mənə bu qədər irəli getməyə kömək etdi”.
Qeyd edək ki, idmançı amerikalı Elizabet Tarkovskiyə qalib gəlsə də, 1/8 finalda cənubi koreyalı Çon Hyeonqa məğlub olaraq, mübarizəni dayandırmalı olub.
Daha çox xəbər:
Azərbaycanın iki cüdoçusu Olimpiadada mübarizəni dayandırdı
İdmanAvropa Olimpiya Təsnifat turniri: Azərbaycanın daha bir güləşçisi qələbə qazanıb
Gündəm / İdmanAzərbaycanın paralimpiadadakı qızıl medallarının sayı 6-ya çatdı - YENİLƏNİB
İdmanOlimpiadada ilk döyüşündə qalib gəlmiş boksçumuz: “Tokiodan medalsız qayıtmayacağam”
İdmanTokio-2020: 2 paracüdoçumuz finala vəsiqə qazandı - Yenilənib
Gündəm / İdman