İqtisadiyyat / Sosial
14 oktyabr 2020
52
OPEC Azərbaycanın neft istehsalı və ixracı ilə bağlı rəqəmləri açıqlayıb
Milliinfo.az
Bu ilin sentyabr ayında Azərbaycan gündəlik 0,71 milyon barel neft və neft məhsulları ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,01 milyon barel çoxdur.“Report” xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) açıqladığı aylıq bülletendə bildirilir.
Sənədə əsasən, 2020-ci ilin III rübündə isə gündəlik ixrac illik müqayisədə 0,03 milyon barel azalaraq 0,7 milyon barelə düşüb.
Bundan başqa, ötən ay Azərbaycanın gündəlik xam neft istehsalı 585 min barel olub. Bu rəqəm avqustda 581 min barel, iyulda isə 563 min barel təşkil edib.
Daha çox xəbər:
“Azneft” OPEC+ çərçivəsində iki ayda hasilatını 17 min barel azaldacaq
İqtisadiyyatBirləşmiş Ştatların gündəlik neft istehsalı 11,6 milyon barrelə enib
DünyaABŞ-ın neft anbarlarının üçdə ikisi dolub
İqtisadiyyatOPEC: Neft tələbatı gələn il də böhrandan əvvəlki səviyyəyə çatmayacaq
İqtisadiyyatAzərbaycan-nefti-bahalashib
İqtisadiyyat