Səhiyyə
09 avqust 2023
0
Avtobus və metronun insan sağlamlığı üçün təhlükəsi
İnsanların sıx olduğu nəqliyyat vasitələrində xəstəliklərin mövcudluğu və yoluxma qaçılmazdır. Nəqliyyat vasitələrindəki xəstəliklərdən həm sərnişinlər, həm də sürücülər eyni dərəcədə əziyyət çəkirlər. Yoluxucu xəstəliklərin yayılması üçün əla mühit olan ictimai nəqliyyat vasitələrində, xüsusilə də metro və trolleybusda bakteriya və viruslar asanlıqla hava damcı və fiziki təmas yolu ilə ötürülür.
Elm adamları ictimai nəqliyyatın SARS xəstəliyinə necə təsir etdiyini araşdırıb.
Araşdırmanın nəticəsinə görə, bir şəxs 5 gün ardıcıl tramvay və ya trolleybusdan istifadə edirsə, yoluxma riski 6 dəfə artır.
Bundan əlavə, vərəm, qızılca kimi yoluxucu və daha ciddi xəstəliklərə tutulma ehtimalı da yüksəkdir. Həmçinin, təkcə şəhər daxilində gündəlik istifadə edilən nəqliyyat vasitəsində deyil, həm də qatar və ya şəhərlərarası avtobusla nadir səyahətlər də eyni səviyyədə təhlükəlidir.
Medicina.az
Daha çox xəbər:
Koronavirusu qripdən necə ayırd edək?
Cəmiyyət / Sosial / Səhiyyə“Bunları etməsək, daha dözülməz tıxaclar görəcəyik...” – Nəqliyyat eksperti
Gündəm / CəmiyyətBakıda alternativ nəqliyyat növlərinin yaradılması vacibdir - Ekspert
GündəmSərnişinlər ən çox hansı nəqliyyat vasitəsindən istifadə edir?
Gündəm / CəmiyyətSərnişinlər əsasən hansı nəqliyyat vasitələrindən istifadə edir?
Gündəm / Cəmiyyət