Təhsil / Gündəm
03 yanvar 2025
1
Azərbaycanda fəlsəfə doktoru dərəcəsi ən çox bu sahələrə verilib - SİYAHI
![Azərbaycanda fəlsəfə doktoru dərəcəsi ən çox bu sahələrə verilib - SİYAHI](https://azadmedia.az/uploads/posts/2025-01/1735885228_1735881773_1c35c2ca-2468-4135-ab82-ff46fa9901f7_1000359480.jpg)
2024-cü ildə 368 nəfər fəlsəfə doktoru elmi dərəcəsi alıb.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasından məlumat verilib.
Statistikaya görə, ən çox fəlsəfə doktoru dərəcəsi filalogiya elmləri (81 nəfər), iqtisad elmləri (55 nəfər) və tibb elmləri (40 nəfər) sahələrində verilib.
Həmçinin biologiya elmləri üzrə 30, pedaqogiya üzrə 26, tarix üzrə 19, kimya üzrə 18, siyasi elmlər üzrə isə 17 nəfər bu dərəcəni alıb.
Ötən il astronomiya və antropologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alan olmayıb.
Mexanika, yer elmləri, əczaçılıq elmləri və sosiologiya sahələrinin hər biri üzrə isə cəmi 1 nəfər bu dərəcəni alıb.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
![6 ayda 222 nəfərə fəlsəfə və elmlər doktoru elmi dərəcəsi verilibrn](https://www.xeberler.org/uploads/posts/2024-07/medium/1721286011_1721285408_29c3e2fc-ff3a-3953-83a1-ead9112c2748_850.jpg)
6 ayda 222 nəfərə fəlsəfə və elmlər doktoru elmi dərəcəsi verilibrn
Təhsil![Doktorantlar üçün təhsil xərclərinin miqdarı müəyyənləşib](/uploads/posts/2020-07/medium/1594129232_manat_banco.az_24_5.jpeg)
Doktorantlar üçün təhsil xərclərinin miqdarı müəyyənləşib
Təhsil![Fəlsəfə və elmlər doktoru olmaq istəyənlərin NƏZƏRİNƏ](/uploads/posts/2021-07/medium/1626940584_azedu.az_674889_952.jpg)
Fəlsəfə və elmlər doktoru olmaq istəyənlərin NƏZƏRİNƏ
Gündəm / Təhsil![Azərbaycanlı professor vəfat etdi](http://azadmedia.az/uploads/posts/2022-02/1644474580_1644473627_prof.jpg)
Azərbaycanlı professor vəfat etdi
Gündəm / Cəmiyyət![BDU-nun müəllimi vəfat etdi - FOTO](https://azadmedia.az/uploads/posts/2024-12/1733826889_1733826033_d8b9c9b6-333f-49be-bcf9-42eab077ea60.jpg)
BDU-nun müəllimi vəfat etdi - FOTO
Gündəm / Təhsil