Dünya
25 noyabr 2023
0
Rusiya Ermənistana qadağa qoydu
Rusiya Ermənistanın kənd təsərrüfatı məhsullarını daşıyan yük maşınlarının “Yuxarı Lars” keçid məntəqəsindən keçməsinə icazə vermir.
Bu barədə erməni mediası yazıb.
Bildirilir ki, səbəb kimi fitosanitar standartların pozulması göstərilir.
Erməni ekspertlər isə bunun “siyasi” olduğunu iddia edirlər. Qeyd edilir ki, xeyli ixracatçı bu gün çətinliklə üzləşib, alma, çiyələk, balıq məhsulları, hətta it yemi geri qaytarılıb.
Qeyd edək ki, Yuxarı Lars yolunun hava şəraiti ilə əlaqədar yük maşınları üçün bağlandığı haqda məlumat yayılmışdı.
Daha çox xəbər:
Ermənistan Yuxarı Lars keçid məntəqəsində nəzarəti gücləndirdi
DünyaErmənistan-Rusiya yolu yenidən bağlandı
Gündəm / DünyaMisir Rəfah keçid məntəqəsini yenidən bağladı - YENİLƏNİB
Gündəm / CəmiyyətHumanitar yardım daşıyan 96 yük maşını Qəzza zolağına daxil olub
Gündəm / DünyaAİ Rusiya Mərkəzi Bankına QADAĞA QOYDU
Gündəm / Dünya