Gündəm / Dünya
28 noyabr 2022
10
Belarusun XİN rəhbəri qətlə yetirilib?
Belarus mediası noyabrın 26-sı qəfil dünyasını dəyişən ölkənin XİN rəhbəri Vladimir Makeyin ölüm səbəbini açıqlayıb.
“Naşa Niva” nəşri 64 yaşlı diplomatın infarktdan vəfat etdiyini iddia edir.
“Vladimir Makey infarkt keçirdikdə Drozdıda evində olub”, - deyə məlumatda qeyd olunub.
Həmçinin bildirilir ki, Makey səhhətinə ciddi yanaşmadığından vaxtında həkimlərə müraciət etməyib.
Bununla belə, Belarus rəhbərliyi XİN rəhbərinin qəfil dünyasını dəyişməsi ilə bağlı hələ ki açıqlama yaymayıb. Hadisədən sonra media və sosial şəbəkələrdə diplomatın qəfil ölümünün cinayət tərkibli olması barədə şayiələr yayılıb. Belə ki, bəzi iddialara görə, Makeyi zəhərləyə bilərdilər. Rusiyada analitiklərin fikrincə, burada Qərbin əli ola bilər. Ukrayna mediası isə Makeyin ölümünün ölkə Prezidenti Aleksandr Lukaşenkoya “son xəbərdarlıq” ola biləcəyini iddia edir və hadisədə Rusiyanı təqsirləndirir.
Qeyd edək ki, V.Makey 2012-ci ildən Bearusun XİN rəhbəri vəzifəsini icra edib.
Daha çox xəbər:
İlham Əliyevlə Paşinyan bu il yenə görüşə bilər - Erməni mediası
Gündəm / SiyasətFikrət Əmirovun nəvəsi işə gedərkən qəfil öldü
Hadisə"İran və Azərbaycan prezidentləri əlaqələri inkişaf etdirmək istəyirlər" - XİN rəhbəri
Gündəm / Siyasət17 yaşlı oğlan çayxanada qəfil öldü - Foto
Gündəm / HadisəHansı ağrılar infarkt əlamətləri ola bilər?
---