Gündəm / Siyasət
15 dekabr 2022
679
"Qazın Azərbaycan tərəfindən kəsilməsi ilə bağlı açıqlamalar feykdir" - Ceyhun Bayramov
Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə təbii qazın Azərbaycan tərəfindən kəsilməsi ilə bağlı açıqlamalar feykdir.
Bu barədə xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.
O, “Azəriqaz”ın bununla bağlı açıqlama yaydığını xatırladıb.
“Problem varsa, araşdırılmalı və qarşısı alınmalıdır. Azərbaycan tərəfi problem yaratmayıb. Hava şəraiti sərt keçən digər ərazilərimizdə də qaz təchizatı ilə bağlı problem yaşanıb. Bu, yeni hal deyil. Əgər yerli əhali ilə dövlət qurumları arasında əlaqə olsa idi, məsələ vaxtında həll olunardı. İndi onlar dramatizmi artırmaq üçün Azərbaycan tərəfi ilə ünsiyyətdən yayınırlar”, - nazir vurğulayıb.
Apa
Daha çox xəbər:
“Azəriqaz”dan Xankəndidə mavi yanacağın kəsilməsinə dair məlumatlara REAKSİYA
Gündəm / Cəmiyyət“Ukraynada vəziyyət narahatlıq yaradır" - Ceyhun Bayramov
Gündəm / SiyasətCeyhun Bayramov Almaniyaya getdi
Gündəm / SiyasətCeyhun Bayramov Rusiyaya səfər edəcək
SiyasətCeyhun Bayramov Xarici İşlər naziri təyin edilib
Siyasət