Gündəm / Dünya
24 fevral 2023
1
“Müharibə başlasa, bir nəfər də sağ erməni kişi qalmayacaq” - Video
Tanınmış erməni bloqer Roman Baqdasaryan Qarabağdakı separatçı rejimin dünən istefaya göndərilən “dövlət naziri” Ruben Vardanyanı və Qarabağdakı separatçıları kəskin tənqib edib.
Baqdasaryan bu barədə öz feysbuk hesabında canlı yayımda danışıb.
Onun sözlərinə görə, Qarabağdakı “Qarabağ klanı” 44 günlük müharibədə məğlub olub: “İndi ağzını yumub oturmaq vaxtıdır. Ona sevinin ki, sizə ümumiyyətlə nəfəs almağa, su içməyə imkan verirlər. Qarabağı yaman günə qoyan erməni generalları asmaq lazımdır. İndi tam vaxtıdır ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar masasına oturub məsələni müzakirə edəsən”.
Həmçinin Baqdasaryan öz çıxışında Rusiyanı da təndiq edib: “Nəyə görə erməni xalqı hər kəslə düşmən olmalıdır? Kim dedi ki, biz daim kimləsə müharibə şəraitində olmalıyıq?! Bu rolu bizə Rusiya təyin edib. Rusiya dünən Köçəryandan, bu gün isə Vardanyandan istifadə edərək qanlı qırğın törətmək istəyir. Kim ki bu separatçı hökumətə inanır və düşünür ki, müharibə ilə nə isə qazanacaq, bax onu qan və qəbr gözləyir. Rusiya bundan istifadə edərək Ermənistanı zəiflətmək istəyir. Bu gün Qarabağda yaşayan ermənilərin rifahı Nikol Paşinyanın danışıqlar masası arxasına oturmasından keçir. Vardanyan və Köçəryanın tərəfdarları bunu bilin ki, sizi ölüm gözləyir. Əgər Qarabağda yenidən hərbi əməliyyatlar başlasa, 24 saat ərzində bir nəfər də sağ erməni kişi qalmayacaq”.
İTV də erməni bloqerin çıxışı ilə bağlı videomaterial hazırlayıb. Sujeti təqdim edirik:
“Qafqazinfo”
Daha çox xəbər:
Vardanyan erməniləri müharibəyə ÇAĞIRDI
Dünya“Caliber”: Laçın dəliyi, erməni yaraqlıları və Qarabağdakı “sülhməramlı” özbaşınalıq - VİDEO
Gündəm / SiyasətVardanyanı Rusiya vətəndaşlığından Putin çıxarıbmış
Gündəm / DünyaSeparatçıları qorxudan tarix yaxınlaşır: “İrəvan tamamilə asılı duruma düşəcək, Qarabağda erməni qalmayacaq”
Gündəm / CəmiyyətErmənistan və Azərbaycan Qarabağdakı humanitar mərkəzə qoşulacaq
Siyasət