Gündəm / Dünya
15 mart 2023
0

"Hamını eyni anda xilas etmək mümkün olmazdı" - Ərdoğan

"Hamını eyni anda xilas etmək mümkün olmazdı" - Ərdoğan


"Dağıntılar o qədər böyük idi ki, hər binaya bir nəfər xilasedici göndərsəydik belə, hamını eyni anda xilas etmək mümkün olmazdı".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiya qrup toplantısında deyib.

Türkiyə liderinin sözlərinə görə, ilk zəlzələlərdən sonra 16 300-ə yaxınlaşan afterşok qeydə alınıb: "Onlardan 45-i 5-6, 532-si isə 4-5 bal gücündə olub. Bu zəlzələdə Türkiyə dünyada indiyə qədər görülmüş ən böyük axtarış-xilasetmə qrupunu bir araya gətirdi. Məhz buna görə də biz işi belə qısa müddətdə başa çatdırdıq.

Təbii ki, ölüləri qaytarmaq bizim səlahiyyətimizdə deyil. Amma biz geridə qalan vətəndaşlarımızı həyata bağlamaq üçün mümkün olan hər şeyi etməyə çalışırıq. İlk növbədə zəlzələdən ən çox zərər çəkən, evləri dağılan, yararsız hala düşən 11 vilayətdə 14 milyon insanımızın qida və sığınacaq ehtiyaclarını qarşılamaq üçün sürətli və təsirli bir təşkilat qurduq. Xalqımız əsrin fəlakəti qarşısında əsrin həmrəyliyini göstərdi".