Gündəm / Cəmiyyət
25 mart 2023
0
Ceyhun Məmmədov: “Bu formada şəxsi əşyaların aşkarlanması, şəklinin çəkilib paylaşılması doğru deyil”
Milli Məclisin deputatı Ceyhun Məmmədov Dövlət Gömrük Komitəsinin vətəndaşın gömrük orqanına bəyan edilməyən brend geyim əşyalarının aşkar olunması ilə bağlı yaydığı məlumata görə tənqid edilməsinə münasibət bildirib.
Deputat Pravda.az-a açıqlamasında deyib ki, ümumiyyətlə, dövlət qurumları məlumat yayarkən çox diqqətli olmalıdırlar.
C.Məmmədov qeyd edib ki, hansısa məlumatın yayılması zamanı bu kimi nüanslar ciddi şəkildə nəzərə alınmalıdır:
“Burada söhbət həm də vətəndaşları maraqlandıran, onları düşündürən məsələlərdən gedir. Bu formada şəxsi əşyaların aşkarlanması, şəklinin çəkilib paylaşılması doğru deyil. Bu, ya anlaşılmazlıqdan, ya da diqqətsizlikdən olub. Aidiyyəti qurumlar belə məsələlərdə daha diqqətli olmalıdırlar ki, sonrakı mərhələdə bu cür müzakirələr aparılmasın.
Bir sıra hallarda bu cür müzakirələr qonşu dövlətlərin də diqqətini çəkmiş olur. Hansısa dəqiq məlumat varsa, məsələ araşdırılmalıdır. Məlumatların dəqiqləşdirilməsi və araşdırılması üçün hazırda texniki imkanlar kifayət qədər yüksəkdir. Bu kimi addımları atarkən xüsusi həssaslığın nümayiş etdirilməsi önəmlidir”.
Daha çox xəbər:
Azərbaycanda toplanan zəkat İrana göndərilir?
Gündəm / CəmiyyətAzərbaycana idxal edilən məhsullar ucuzlaşa bilər - AÇIQLAMA
Gündəm / CəmiyyətGömrük generalı bu səbəbdən vətəndaşlar tərəfindən DÖYÜLÜBMÜŞ
Gündəm / CəmiyyətDaha bir gömrük generalı barəsində cinayət işi başlandı - YENİLƏNİB
Gündəm / HadisəDövlət Xidməti VPN istifadəçilərinə xəbərdarlıq etdi
Gündəm / Cəmiyyət