Gündəm / Cəmiyyət
06 iyul 2023
1
XİN: “Azərbaycan Qarabağın erməni azlığına humanist və sivil münasibət göstərir”
“Əvvəllər Avropa İttifaqının (Aİ) rolu faktiki olaraq ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın inhisarında idi. Bu fəaliyyətin nəticəsi isə sıfıra yaxın idi. Daha da pisi odur ki, bu vasitəçilik nəinki sülhə gətirib çıxarmadı, hətta Ermənistan tərəfindən ilhaqın açıq şəkildə tanınmasına belə mane olmadı. Bu da öz növbəsində müharibəyə səbəb oldu”.
APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov dünən Haaqada keçirilən və Aİ-nin region üzrə xüsusi nümayəndələri, Brüsseldən yüksək səviyyəli rəsmilər, eləcə də həm Qafqaz, həm də Avropa ölkələrindən yüksək səviyyəli diplomatlar və ekspertlərin iştirak etdiyi “Cənubi Qafqaz və Avropa İttifaqı” konfransında müzakirələr zamanı deyib.
Onun sözlərinə görə, rəsmi Bakı Aİ-nin Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesində hazırkı vasitəçilik missiyasını müsbət qiymətləndirir.
“Bu missiyanın tam uğur qazanması üçün keçmişin səhvləri nəzərə alınmalıdır. Bu isə ilk növbədə realizm prinsipinə, sahədə yeni yaranan reallıqlara qətiyyətlə riayət etmək, ikincisi, vasitəçinin qərəzsiz mövqeyini qorumaq deməkdir”, - azərbaycanlı diplomat bildirib.
Məlumata görə, səfir Elşad İskəndərov tədbir zamanı Ermənistanın “Mülki Müqavilə” partiyasının sabiq deputatı Tatevik Ayrapetyanın Laçın yolunun müvəqqəti bağlanmasını “Azərbaycanın Qarabağ ermənilərinə qarşı etnik təmizləmə siyasəti” kimi təqdim etmək cəhdlərinə də cavab verib:
“Azərbaycan Ermənistanla sərhədin Laçın hissəsini nəzarətə götürdükdən sonra biz erməni azlığına humanist və sivil münasibət göstərdik. Bir neçə həftə ərzində 30 ildən çox separatçı rejim tərəfindən məcburi təcrid vəziyyətində saxlanılan yerli əhali Azərbaycan hakimiyyətinin nümayəndələri ilə əlaqə yarada bildi - və heç bir problem olmadı. Və bu, qarşılıqlı etimad yaratmağın ən yaxşı yoludur”.
“Kim bu mühüm etimad quruculuğu tədbirinin yaradılması prosesini sarsıtdı?" - səfir Ermənistan nümayəndəsinə müraciət edib. “Ermənistandan atılan snayper gülləsi təkcə Azərbaycan sərhədçisinə deyil, həm də erməni azlığının Bakı ilə dialoquna qarşı yönəlmişdi. Çünki yerlərdəki real proses, bu ünsiyyət, sizin kimilərin “etnik təmizləmə planları” ilə bağlı ortaya atdıqları yalan rəvayətləri məhv etdi”, - deyə səfir Elşad İskəndərov əlavə edib.
Daha çox xəbər:
Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib
Siyasət“Xocalıdakı görüş ümidvericidir”
Gündəm / SiyasətBu tarixdə Aİ Azərbaycan-Ermənistan sərhədinə missiyanın göndərilməsini təsdiqləyəcək
HadisəAzərbaycan XİN: "Erməni tərəfinin bəyanatı münaqişədə məhz iki tərəfin mövcudluğunu növbəti dəfə sübut edir"
SiyasətAvropa İttifaqı Şahin Mustafayevlə Mqer Qriqoryanın dünən baş tutan görüşünü şərh edib
Gündəm / Cəmiyyət