Gündəm / Cəmiyyət
27 iyul 2023
2
"Qərb yalan danışır" - Putin
Qərb ölkələri Rusiya taxıl və gübrələrin tədarükünə mane olur, həmçinin Rusiya Federasiyasını qlobal ərzaq bazarında mövcud böhran vəziyyətində ikiüzlülüklə ittiham edir.
Bunu Rusiya prezidenti Vladimir Putin Rusiya-Afrika sammiti zamanı çıxışında deyib.
“Bu yanaşma xüsusilə BMT Katibliyinin iştirakı ilə bağlanmış qondarma taxıl sazişinin həyata keçirilməsində özünü açıq şəkildə büruzə verdi”, - Rusiya lideri bildirib.
O, ilkin taxıl müqaviləsinin qlobal ərzaq təhlükəsizliyini təmin etmək, aclıq təhlükəsini azaltmaq və Afrika da daxil olmaqla ən yoxsul ölkələrə kömək etmək məqsədi daşıdığını açıqlayıb.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər: