Gündəm / Dünya
13 dekabr 2024
0
ABŞ dövlət katibi elan edilmədən Türkiyədən İraqa gedib
ABŞ dövlət katibi Antoni Blinken öncədən elan edilmədən Türkiyədən İraqa gedib.
O, Ankaradan birbaşa Bağdada səfər edib.
Dövlət katibi ölkənin Baş naziri Muhammed Şii el-Sudani ilə görüşəcək. Tərəflərin Suriyadakı durumu müzakirə edəcəkləri gözlənilir.
"Sky News Arabia"nın məlumatına görə, Blinken Vaşinqtonun "İslam Dövləti" terror qruplaşmasının (İŞİD) İraqa qayıtmasına icazə verməyəcəyini bildirib.
Telekanalın məlumatına görə, Blinken İraq rəhbərliyinə söz verib ki, Vaşinqton İŞİD-in İraqa qayıtmasının qarşısını alacaq.
Qeyd edək ki, A.Blinken bundan əvvəl Türkiyədə idi. O, Prezident Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidanla görüşmüşdü.
Daha çox xəbər:
Ərdoğan İraqa səfər edəcək Xarici 29 Aprel, 2019 13:34
SiyasətCeyhun Bayramov Blinken və Mirzoyanla görüşəcək
Gündəm / SiyasətBlinken İlham Əliyev və Paşinyanla görüşəcək
Gündəm / SiyasətBlinken İlham Əliyev və Paşinyanla görüşəcək
Gündəm / Siyasət / Cəmiyyət“ABŞ sülhün olduğu Cənubi Qafqazı dəstəkləməyə sadiq qalır” - Blinken
Gündəm / Siyasət