Gündəm / Dünya
10 yanvar 2025
0
Los-Ancelesdə komendant saatı tətbiq ediləcək
![Los-Ancelesdə komendant saatı tətbiq ediləcək](https://azadmedia.az/uploads/posts/2025-01/1736492151_53e9a61b-83cc-3b3b-aefb-d3f9e20b2759_850-1.jpg)
Los-Anceles dairəsinin (Kaliforniya ştatı) hakimiyyəti bölgədə 14 min hektardan çox ərazini əhatə edən meşə yanğınları ilə əlaqədar komendant saatının tətbiqi üzərində işləyir.
Bu barədə dairənin şerifi Robert Luna bildirib.
Onun sözlərinə görə, komendant saatı saat 18:00-dan 06:00-a qədər yanğın ocaqları ətrafındakı zərər çəkmiş ərazilərdə elan ediləcək. Tədbir cümə günü axşam saatlarına qədər təsdiqlənəcək.
Luna əlavə edib ki, dairə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün milli qvardiyadan dəstək istəyib. "Onlar bizə yol hərəkətinin tənzimlənməsi və kritik infrastrukturun mühafizəsində kömək edəcəklər", - o bildirib.
KİV-in məlumatına görə, Kaliforniyada yanğınlar zamanı talançılıqla məşğul olan ən azı 20 nəfər saxlanılıb. Los-Anceles dairəsinin Müşahidə Şurasının üzvü Ketrin Barger mətbuat konfransında saxlanılanların cəzalandırılacağına söz verib.
Qeyd edək ki, hazırda 10 nəfərin həlak olduğu məlumdur.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
![Los-Ancelesdə atışma - ÖLƏNLƏR VAR](https://azadmedia.az/uploads/posts/2023-01/1674930499_1674929516_19.jpg)
Los-Ancelesdə atışma - ÖLƏNLƏR VAR
Dünya![Kiyevdə bəzi saatlarda küçəyə çıxmaq QADAĞAN EDİLDİ](http://azadmedia.az/uploads/posts/2022-02/1645879643_1645877652_1-1.jpg)
Kiyevdə bəzi saatlarda küçəyə çıxmaq QADAĞAN EDİLDİ
Gündəm / Dünya![Bir gündə 4 polis intihar etdi](https://www.xeberler.org/uploads/posts/2023-11/medium/1699593949_amerika_polis.jpg)
Bir gündə 4 polis intihar etdi
Gündəm / Dünya![Azərbaycan XİN başçısının müavini Los-Anceles hadisələrinə görə ABŞ səfiri ilə görüşüb](/uploads/posts/2020-07/medium/1595496870_embassy_plashka-1140x684.jpg)
Azərbaycan XİN başçısının müavini Los-Anceles hadisələrinə görə ABŞ səfiri ilə görüşüb
Siyasət / Dünya![Bu şəhərdə koronavirus testi pulsuz ediləcək](/uploads/posts/2020-04/1588244890_b3fe85a7-4a34-4b35-b3a9-0c409674fd6e_108.jpg)
Bu şəhərdə koronavirus testi pulsuz ediləcək
Siyasət / Dünya