Gündəm / Cəmiyyət
02 noyabr 2021
17
Filippində yanğın zamanı 150 min doza vaksin məhv oldu
Filippində yanğın zamanı koronavirusa qarşı vaksinlərin 148,6 mindən çox dozası məhv olub.
Milliinfo.az “TASS”a istinadən xəbər verir ki, yanğın Cənubi Zamboanqa əyalətində inzibati binaların birində baş verib.
Məhv olan vaksinlər müxtəlif istehsalçılara məxsus olub. Yanğının hansı səbəbdən baş verdiyi qeyd olunmayıb.
Filippinin rəsmi qurumlarının verdiyi məlumata görə, yanğın zamanı 9 176 doza “AstraZeneca”, 14 400 doza “Moderna”, 36 164 doza “Sinovac” və 88 938 doza “Pfizer” vaksini məhv olub.
Filippində “Moderna” vaksini 12 yaşdan 17 yaşa qədər uşaqlar üçün nəzərdə tutulub və ölkə noyabrın 3-ü sözügedən yaş qrupuna aid olan uşaqları koronavirusa qarşı peyvənd etməyə başlayacaq.
Qeyd edək ki, Filippində pandemiya başlayandan bu günə qədər 2,79 milyondan çox insan koronavirusa yoluxub, 43,2 min nəfər dünyasını dəyişib. Ölkədə 27,3 milyondan çox vətəndaş tam vaksin olunub.
Daha çox xəbər:
“Koronavirusa yoluxanların bir doza vurdurması kifayətdir”
---“Koronavirusa yoluxanların bir doza vurdurması kifayətdir”
---Azərbaycan Qırğızıstana 40 min doza peyvənd göndərdi
Gündəm / SiyasətBu sərnişinlərdən ikinci doza vaksin tələb olunacaq
Gündəm / CəmiyyətBu şəxslər 3-cü doza vaksin vurdursunlar - TƏBİB-dən ÇAĞIRIŞ
Gündəm / Cəmiyyət