Gündəm / Cəmiyyət
25 noyabr 2021
18
Deputat düşmənin Kəlbəcərə vurduğu ziyanı AÇIQLADI
"Bu gün Kəlbəcər rayonunun öz doğma sahibinə qayıtmasından 1 il keçir. Kəlbəcər rayonu Cənubi Qafqazda ən böyük iqtisadi potensiala malik olan rayonlardan hesab olunur. İşğaldan öncə Kəlbəcərdə 1 şəhər, 1 qəsəbə və 145 kənd olmaqla 147 yaşayış məntəqəsi yerləşirdi. Böyük tarixi olan Kəlbəcər rayonu işğaldan əvvəlki dövrdə Azərbaycanın inkişafında xüsusi yeri ilə seçilib".
Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, Azərbaycanda ən böyük qızıl yataqları məhz bu rayonun payına düşür.
"Söyüdlü yatağının qızıl ehtiyatları 115 tondan çox qiymətləndirilir. Eyni zamanda, Ağduzdağ və Tutxun qızıl yataqlarında 15 tona yaxın qızıl var. Ağyataq, Levçay, Çorbulaq, Qamışlı və Ağqaya yataqlarında min tondan artıq civə ehtiyatları var. Kəlbəcər rayonunun mərmər oniksi, nefroid ehtiyatları daxil olmaqla bir sıra faydalı ehtiyatlara malik yataqları var. Rayonun sənaye potensialı kifayət qədər yüksək qiymətləndirilir. Ərazisinin böyüklüyü Kəlbəcərdə kənd təsərrüfatının fərqli sahələrinin inkişafına şərait yaradır. Kəlbəcər Qafqazda qış, yay, müalicəvi, tarixi, dini turizm imkanları ilə seçilən bölgələrdəndir. Böyük turizm potensialı Kəlbəcərdə qısa zamanda iqtisadi aktivliyi bərpa etməyə imkan verəcək. Tamamilə türk mənşəli oronomik toponimlərə sahib olan Kəlbəcər rayonu ən qədim insan məskənlərindən biri hesab olunur".
Deputat qeyd edib ki, 27 illik işğal müddətində Kəlbəcər rayonunun infrastrukturu Ermənistan tərəfindən varvarcasına dağıdılıb və təbii ehtiyatlar qeyri-leqal olaraq mənimsənilib.
"İşğal nəticəsində Kəlbəcərə ən azı on milyard dollar ziyan dəyib. Bütövlükdə isə, Kəlbəcər yeni quruculuq mərhələsinə qədəm qoyur
Daha çox xəbər:
Zəngilanın azad edilməsinin ölkəmiz üçün hansı əhəmiyyəti var?–ŞƏRH
Siyasət / Sosialİşğal olunmuş ərazilərin azad edilməsi Azərbaycan iqtisadiyyatına nə vəd edir? - Təhlil
İqtisadiyyatKəlbəcərin işğaldan azad edilməsinin ildönümüdür
Gündəm / SiyasətKəlbəcər yenidən ATƏŞƏ TUTULDU
Gündəm / SiyasətTürkiyə yanğınların ziyanını necə aradan qaldıracaq?
Gündəm / İqtisadiyyat