Gündəm / Cəmiyyət
25 dekabr 2021
105

Reza Deqati Xudavəng monastırının fotolarını paylaşdı

Reza Deqati Xudavəng monastırının fotolarını paylaşdı

Azərbaycan əsilli tanınmış fransız fotojurnalist Reza Deqati öz sosial media hesabında Kəlbəcər rayonundakı Xudavəng monastır kompleksindən çəkdiyi fotoları paylaşıb.

Xudavəng monastır kompleksinin qış görüntülərinin yer aldığı paylaşımında fotoqraf məbədin tarixi barədə də məlumat verir.

O qeyd edib ki, Xudavəng monastırı XIII əsrdə Qarabağın Kəlbəcər şəhərində Alban knyazı Vaxtanqın arvadı Arzu xatun tərəfindən tikilib.

“Sovet dövründə və daha sonra Kəlbəcərin 1993-2020-ci illərdə işğalı zamanı memarlıq quruluşuna bir çox erməni elementləri əlavə edilib, bəzi qədim alban işarələri silinib. Sülh müqaviləsi imzalanandan bəri kompleksi Rusiya sülhməramlıları qoruyur”.
Reza Deqati Xudavəng monastırının fotolarını paylaşdı
Reza Deqati Xudavəng monastırının fotolarını paylaşdı
Reza Deqati Xudavəng monastırının fotolarını paylaşdı