Gündəm / Cəmiyyət
13 may 2022
17
Orxan Fikrətoğlu tənqidlərə cavab verdi
Aparıcı, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu Milli Kulinariya Mərkəzinin baş direktoru vəzifəsinə təyin olunduğuna görə onu tənqid edənlərə cavab verib.
Bu barədə o, feysbuk səhifəsində paylaşım edib.
O, həm Dövlət Turizm agentliyinə, həm də Tahir Əmiraslanova (Mərkəzin eks-direktoru-red.) milli irs zəminində yardım etmək fikrində olduğunu qeyd edib: “Tarixi,diplomatik və siyasi sahədə əlbəttə ki. Buna ehtiyac var”.
Fikrətoğlunun sözlərinə görə, kulinariya ancaq yemək demək deyil: “Milli mədəniyyətin bir qoludur və dövlətin yumşaq siyasət yürütdüyü mühüm sahədir. Həyatına hirsli olanların,borcu zadı olanların,ömürləri boyu gündəmdəm kənarda qalanların mənim bu müvəqqəti seçimimlə bağlı ağızdolusu danışması əslində gözlənilən idi”.
Yeni baş direktor qeyd edib ki, Azərbaycanın bir çox sahələrində intibaha ehtiyac var: “Milli kulinariyanın dijital formatda - yeni TV variantda təqdimatı bütün dünyaya çıxarılacaq. Bu sahənin təhsil mexanizmi nəhayət ki, qurulacaq. İctimai nəzarət mexanizmləri, şəffaflıq təmin ediləcək. Kulinariya bir çoxlarının fikrində deyəsən bozbaşxana kimi şəkillənib. Mən Dövlət Turizm Agentliyinə bu stereotipi dağıtmaqda Tahir Əmiraslanov və digərləri ilə birlikdə kömək edirəm”.
Fikrətoğlu əlavə edib ki, Tahir Əmiraslanov hələ də Milli Kulinariya Mərkəzi Assosasiyasının rəhbəridir, o isə hər gün İTV-də verliş aparır.
Aparıcı vurğulayıb ki, beşinci kalona xidmət edən, Azərbaycanın inkişafında maraqlı olmayan bəzi boşboğazlara isə dövlətini və onu sevənlər feysbukda cavab verir: “Sakit olun.Mən yemək bişirməyəcəm. Heç xəstəliyim səbəbindən yeyə də bilməyəcəm. Əlbəttə ki, kulinariya mənim sahəm deyil. Amma bir vaxtlar kino və TV də mənim sahəm deyildi. Sonralar oldu. Bacarırsızsa, bu sahədə bizə kömək edin. Bacarmırsızsa, kasada qurd axtarmayın. İcazə verin bütün sahələri salavatlayaq…”.
Daha çox xəbər:
Çingiz Abdullayev qalmaqallı paylaşımını sildi, tənqidlərə belə CAVAB verdi
Gündəm / Sosial"Beynəlxalq sahədə ixtisaslaşmış jurnalistlərə ehtiyac var" - Əhməd İsmayılov
Gündəm / Cəmiyyət“İranın təhdidləri masaya çıxarılacaq” - GƏLİŞMƏ
Gündəm / CəmiyyətMəşhur kulinariya kanalı Şuşadan yayımlandı - Video
Cəmiyyət"İçərişəhərin tarixi simasının qorunması şəxsən nəzarətimdədir" - İlham Əliyev
Gündəm / Siyasət