Gündəm / İqtisadiyyat
17 may 2022
26
Dollar sürətlə BAHALAŞIR: Manatı nə gözləyir? - VİDEO
Türkiyə lirəsi son günlər yenidən dəyər itirməyə başlayıb. Qardaş ölkənin milli valyutası 1 dollar qarşılığında təqribən 16 lirəyə bərabər olub. Halbuki son həftələrə qədər bu rəqəm 14 lirə ətrafında idi.
Azərbaycanın ticarət əməliyyatlarında daha bir mühüm yer tutan valyutanın - avronun ucuzlaşma tempi də davam edir. İndi 1 avro 1 dollar 4 sent və ya 1 manat 76 qəpiyə təklif edilir.
İqtisadçı ekspert Fuad İbrahimov “Xəzər Xəbər”ə deyib ki, əslində ABŞ Federal Ehtiyatlar Sistemi dolların uçot dərəcəsini artırdıqdan sonra bu, dünyanın bir çox dövlətlərinin milli valyutalarına təsir edib:
“O ki qaldı Türkiyə milli valyutasının ucuzlaşmasına, bunun üçün əlavə yeni faktorlar ortaya çıxmasa da, avrozonanın vahid valyutasının dəyər itirmə səbəbləri aydın görünür. Avropa fevral ayından etibarən, xüsusən Rusiya-Ukrayna savaşından bəri ticarət əməliyyatlarında mənfi saldoya düşüb”.
Ekspert əlavə edib ki, həm avrozona ilə, həm də qardaş ölkə Türkiyə ilə Azərbaycanın sıx ixrac-idxal əməliyyatları var və bu regional iqtisadi hadisələr Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyət kəsb edir:
“Lakin avro və lirənin ucuzlaşdığı ərəfədə Azərbaycanın göstərdiyi makroiqtisadi göstəricilər bütün mümkün təzyiqləri aradan qaldırıb”.
Qeyd edək ki, son iki ayda Azərbaycanın Mərkəzi Bankının valyuta ehtiyatlarında cüzi azalma qeydə alınır. Ekspertin fikrincə, manatın möhkəmliyinin zəmanəti olan valyuta ehtiyatlarında baş verən bu azalma isə manata təhlükə yaratmır.
Daha ətraflı süjetdə:
Daha çox xəbər:
Lirənin ucuzlaşması Azərbaycan iqtisadiyyatına necə təsir göstərir?
Gündəm / İqtisadiyyatGələn il manatın məzənnəsi dəyişəcək? - AÇIQLAMA
Gündəm / İqtisadiyyatTürkiyə yanğınların ziyanını necə aradan qaldıracaq?
Gündəm / İqtisadiyyatTürk lirəsi Ərdoğanın Putinlə görüşündən sonra rekord həcmdə ucuzlaşdı
Gündəm / DünyaGələn il manatın məzənnəsi necə olacaq?
Gündəm / İqtisadiyyat