Gündəm / Siyasət
08 noyabr 2022
4
"Böyük Göyçə gölü gözümüzün önündədir" - Dövlət başçısı
"13-14 sentyabr əməliyyatından sonra Azərbaycan-Ermənistan sərhədi istiqamətində əsas strateji yüksəkliklərdə Azərbaycan Silahlı Qüvvələri yerləşib".
Bunu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışı zamanı deyib.
"Ermənistan gözəl anlamalıdır bu, nə deməkdir. Bu gün həmin strateji yüksəkliklərdən Qarakilsə, Qafan, Gorus, İstisu şəhərlərini biz gözlərimizlə görürük. Biz Bala Göyçə gölünün sahilindəyik. Böyük Göyçə gölü də gözümüzün önündədir. Bütün bunlar reallıqlardır. Bu reallıqları biz yaratmışıq, Vətən müharibəsindən sonra. Nə üçün? İlk növbədə, Ermənistanın hərbi təxribatlarına cavab olaraq, digər tərəfdən, özümüzü gələcək hərbi təxribatlardan sığortalamaq üçün. Çünki dediyim yüksəkliklərdən Ermənistanın əksər postları görünür və əgər orada qüvvələrin konsentrasiyası baş verərsə, biz bunu görüb dərhal tədbir görəcəyik.", - dövlət başçısı bildirib.
Daha çox xəbər:
Müharibədən sonra Xüsusi Təyinatlı Qüvvələrin sayı 2 dəfə artırılıb
Gündəm / SiyasətPrezident Zəngəzur dəhlizi ilə bağlı Ermənistana XƏBƏRDARLIQ ETDİ
Gündəm / Siyasət"Onlar boyunlarını büküb öz daxili işləri ilə məşğul olacaqlar" - İlham Əliyev
Gündəm / Siyasət"Biz heç kimdən asılı deyilik" - Dövlət başçısı
Gündəm / İqtisadiyyat"Ermənistana dəstək olaraq hərbi təlim keçirənlər də bilsinlər ki..." - İlham Əliyev
Gündəm / Siyasət