Gündəm / Siyasət
08 avqust 2022
1 845
"Azərbaycan və Türkiyənin nail olacağı çox hədəf var" - Ceyhun Bayramov
Xarici siyasət və diplomatiya sahəsində Azərbaycanla Türkiyə Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” və Qazi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyimləri əsasında inkişaf edir.
Bunu Ankarada XIII Səfirlər Konfransında çıxışı zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
O qeyd edib ki, Türkiyənin Azərbaycanı İkinci Qarabağ müharibəsində dəstəkələməsi onun doğru və haqqın yanında durduğunun təzahürü idi.
Nazir əlavə edib ki, iki ölkənin hələ gedəcək yolu, nail olacağı hədəfləri var:
“Təəssüflə qeyd edim ki, son illər beynəlxalq hüquq və normaların icraatında ciddi çatışmazlıqlar var. Beynəlxalq hüquq və normalara, qəbul edilən qərarlara zidd olaraq, 30 il əraziləri işğal altında olan dövlətin təmsilçisi kimi deyə bilərəm ki, beynəlxalq hüquqa riayət olunmada zəifliklər mövcud beynəlxalq sistemə etimadı sarsıdan birinci və ən əsas amildir”.
Daha çox xəbər:
Türkiyə XİN başçısı Ceyhun Bayramovu təbrik edib
Gündəm / SiyasətCeyhun Bayramov Aİ nümayəndəsini Ermənistanın mülki əhaliyə hücumları barədə məlumatlandırıb
Siyasət / Dünyaİtaliya-Azərbaycan Universitetinin təməli qoyuldu - YENİLƏNİB
Gündəm / CəmiyyətCeyhun Bayramov Lavrovla görüşdü - YENİLƏNİB
Gündəm / Siyasət"Ermənistanın təhlükəli addımlarına lazımi qarşılıq verəcəyik" - Ceyhun Bayramov
Gündəm / Siyasət