Cəmiyyət
21 fevral 2023
0
Bakıda kəskin hava şəraiti ilə bağlı - VACİB MÜRACİƏT
"Bütün hərəkət iştirakçılarına həyat və sağlamlıqlarının qorunması, yollarda meydana gələ biləcək müxtəlif xoşagəlməz halların qarşısının alınması, eləcə də nəqliyyat vasitələrinə ziyan dəyməməsi üçün son dərəcədə ehtiyatlı və diqqətli olmağı tövsiyyə edirik".
Bu sözləri BAKU.WS-ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev bildirib.
O, əlavə edib ki, sürücülər küləkli havada yolun kənarları qapalı olan hissəsi və tunellərdən açıq əraziyə çıxarkən avtomobilin hərəkət istiqamətinin qəflətən dəyişmək ehtimalının yüksək olması nəzərə alınaraq meteroloji şəraitə uyğun sürət həcmi seçməlidir:
"Eləcə də nəqliyyat vasitələrini parklayarkən tikinti işləri aparılan yerlərin, ağacların, iri həcmli reklam lövhələrinin, o cümlədən küləyin təsiri nəticəsində aşma və ya qopma ehtimalı olan digər əşyaların yaxınlığında və altında saxlamamalıdır.
Həmçinin piyadalar da yolun hərəkət hissəsinə çıxmamaqla yollar və küçələrin yalnız müəyyən edilmiş yerlərindən keçsinlər və yeni tikili, çoxmətəbəli binaların yaxınlığında hərəkət edərkən mümkün qədər təhlükəsiz yerləri seçsinlər".
Daha çox xəbər:
Avtomobillərinizi bu yerlərdə saxlamayın - DYP-dən XƏBƏRDARLIQ
Gündəm / Cəmiyyət"Hava şəraitinə uyğun sürət həddi seçin" - DYP
Gündəm / CəmiyyətYol polisindən sürücülərə MÜRACİƏT
Gündəm / SiyasətBDYPİ hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət"Mövsümə uyğun olmayan maşınlardan istifadə etməyin" - DYP
Gündəm / Cəmiyyət