Gündəm / Cəmiyyət
03 fevral 2023
0

Naxçıvanda müəllimlərlə direktor arasında QALMAQAL

Naxçıvanda müəllimlərlə direktor arasında QALMAQAL


Naxçıvan şəhərində yerləşən 12 nömrəli tam orta məktəbin müəllimlərinin etirazı davam edir.

Müəllimlər bu məktəbə yeni təyin olunan direktor Turan Məmmədlinin məktəbdən getməsini istəyirlər.

Naxçıvandan olan Sara Əzimova sosial şəbəkə hesabında müəllimlərin etirazı ilə bağlı bunları qeyd edib:

"Müəllim yoldaşlarım deyir ki, Turan Məmmədli məktəb daxilində ilk iclası keçirərkən bir sıra müəllimləri ağır ifadələrlə təhqir edib. Onları maaşlarını kəsdirəcəyi ilə hədələyib. Eyni zamanda bir sıra müəllimlərin saatlarını da mənimsəyib. Dünən münaqişə o həddə çatıb ki, məktəbin bütün şagirdləri təxliyə edilib. Təhqir olunmuş bir neçə müəllimin səhhətinin pisləşdiyi, bir müəllimin isə infarkt keçirdiyi bildirilir".

Qeyd edək ki, T.Məmmədli Naxçıvan Ali Məclisinin deputatıdır.