Gündəm / Cəmiyyət
10 fevral 2023
0
"İnanın, həyatımın silləsini aldım" - Mahsun Kırmızıgül
Türkiyədəki güclü zəlzələdən sonra bir çox məşhurlar hadisə yerinə gedib və onlardan biri də müğənni Mahsun Kırmızıgül olub.
Miliiinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, fəlakət bölgəsinə gedən sənətçi sosial media hesabında ardıcıl paylaşımlar edərək kömək istəyib:
"Adıyamanda insanlar gecəni küçələrdə keçirir. Minlərlə insan yaxınlarından səs və ya xəbər gözləyir. Çox emosional səhnələr və filmlər çəkdiyimi düşünürdüm. Halbuki heç vaxt məni bu qədər sarsıdan, məhv edən faciə ilə rastlaşmamışdım. İnanın, həyatımın silləsini aldım. Zəlzələnin mərkəzində, xalqımızın nəzərində hələ də doğmalarının sağ qalması ehtimalı və ümidi var. Qaranlıqda bir çuxurdakı işıq kimidir. Sözün bitdiyi yerdəyəm. Amma hər şeyə baxmayaraq, ümidimizi itirməyəcəyik. Mən fəlakət zonasındayam. Burda hamı çətinlik çəkir. Mən və komandam Kahramanmaraş və Adıyaman bölgəsində "DOST" ilə koordinasiyada işləyirik. Kömək edin. Ehtiyac siyahılarında olan materialları hazırlamaq və ya göndərmək istəyənlər mənimlə əlaqə saxlaya bilərlər" deyə paylaşımda qeyd edib.
Daha çox xəbər:
"Həbsdə olduğum zaman başa düşdüm ki, mən yanılmışam" - Fədayə Laçın
Gündəm / ŞouYaylaq Festivalından razılıq edən də var imiş... - AÇIQLAMA
Gündəm / Şou / MədəniyyətALLAH MƏNƏ BU MÖCÜZƏNİ YAŞATDI
Şou"Özümdən utanıram" - Nisə Qasımova
Şou / Mədəniyyətİstanbulda fəlakət yaşanarkən İmamoğlu harada olub? ŞOK FOTOLAR yayıldı
Gündəm / Dünya