Gündəm / Cəmiyyət
03 mart 2023
0
Hacı Şahinin ölümü ilə bağlı yeni məlumatlar: 2016-cı ildən...
"Əfsuslar olsun ki, Hacı Şahinin vaxtsız və qəfil vəfatı hamımızı çox üzdü. Amma bu gün apardığımız ilkin tibbi araşdırmalardan sonra bəlli oldu ki, hadisə heç də "qəfil və sirli" olmayıb".
Bunu deputat, tibb üzrə elmlər doktoru Rəşad Mahmudov deyib.
"Son illərdə müayinəsində olduğu bir çox həkimdən aldığım tibbi məlumatları paylaşmağı özümə borc bildim. Çünki bunu etmədikcə lazımsız şübhələr və fərziyyələr artacaq.
Aldığımız ilkin tibbi (anamnestik) məlumatlardan bəlli oldu ki, Hacı Şahin Həsənli 2016-cı ildən etibarən ürək şikayətlərilə həkimlərə müraciət edib. Hər dəfəsində də ona anjiografiya müayinəsinə mütləq ehtiyac olduğu bildirilib. Əfsuslar olsun ki, hər dəfəsində bir bəhanə ilə müayinədən uzaqlaşıb. Dünən isə yenidən təcili yardıma kəskin ağrılarla müraciət edən mərhuma (Kəskin Koronar Sendrom) xəstəxanaya yatmasının vacibliyi bildirilsə də, ilkin yardım sonrası ürək ağrısı keçdikdə yenidən öz istəyi və yaxınlarının imzalı sənədi ilə təcili yardımdan ayrılaraq evinə gedib. Təcili yardımda baxılan analizdə troponin dəyəri normadan yüksək çıxıb.
Bir ürək həkimi kimi onu deyə bilərəm ki, nəticədə uzun illərdən bəri ondan imdad gözləyən ürəyi gecə yarısı qəfil və sirsiz bir şəkildə, geniş miqyaslı infarktla ölümə səbəb olub. Bütün bunlar bir daha göstərir ki, hadisə daha çox çarəsi olan, gəlirəm deyən, amma müalicə olunmayan ürək xəstəliyindən baş verib", - deyə o qeyd edib.
Daha çox xəbər:
TƏBİB-dən Hacı Şahinin ölümü ilə bağlı açıqlama
Gündəm / Səhiyyə“Hacı Şahin müalicədən imtina edərək...” - Həkim (FOTO)
Gündəm / CəmiyyətHacı Şahinin ölüm səbəbi məlum oldu
Gündəm / CəmiyyətHacı Şahinin ölümü prokurorluqda araşdırılır - Rəsmi
Gündəm / HadisəHacı Şahin qəfil VƏFAT ETDİ
Gündəm / Hadisə