Gündəm / Cəmiyyət
06 mart 2023
0
Laçın-Xankəndi yolundakı aksiyanın 85-ci günü
“Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı gənclər və ekoloqlar tərəfindən Laçın yolunda keçirilən etiraz aksiyası 85 gündür davam edir.
Hava şaxtalı olsa da, aksiya iştirakçılarının fəallığı müşahidə olunur. İştirakçılar səhər saatlarında Azərbaycanın Dövlət Himnini səsləndiriblər.
Faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması ilə bağlı Azərbaycan, rus və ingilis dillərində plakatlar qaldırır, "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Ekoloji cinayətə son!” və sair şüarlar səsləndirirlər.
Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.
Daha çox xəbər:
Laçın yolundakı aksiyanın 54-cü GÜNÜ
Gündəm / CəmiyyətLaçın yolundakı aksiyanın 54-cü GÜNÜ
Gündəm / CəmiyyətEkoloji cinayətə son! - Aksiyanın 81-ci günüdür
Cəmiyyət / GündəmLaçın yolunda son durum - Aksiyanın 53-cü günü
Gündəm / CəmiyyətLaçın yolunda aksiya 51 gündür davam edir
Gündəm / Cəmiyyət