Gündəm / Dünya
11 mart 2023
0

İranda 39 milyondan çox insanın həyatı risk altındadır

İranda 39 milyondan çox insanın həyatı risk altındadır


İranda torpaq çökməsi kritik vəziyyətə çatıb.

Bu barədə İranın Yol və Şəhərsalma Araşdırma Mərkəzinin akademik heyətinin üzvü Əli Beytullahi bildirib.

Onun sözlərinə görə, torpaqların çökməsi 39 milyondan çox insanın həyatını risk altında qoyur: "Ölkədə torpağın çökməsi riski altında olan insanların sayı 39 milyon nəfər olaraq qiymətləndirilir ki, bu da bütün ölkə əhalisinin 49%-ni əhatə edir. 380 şəhər və 9200 kənd yerin çökməsi təhlükəsi ilə üzləşib, bəzi hallarda şəhərlərin bütün ərazisi, bəzi hallarda isə şəhər sərhədlərinin bir hissəsi çökmə zonalarına yerləşdirilib".

Məlumatda İranın paytaxtı Tehran da çökmə riski ilə üzləşən bölgələr sırasındadır.