Gündəm / Siyasət
19 may 2023
0
Nazirlikdən BVF-nin Bakı ofisinin bağlanması ilə bağlı açıqlama
Maliyyə Nazirliyi Beynəlxalq Valyuta Fondunun Bakı ofisinin bağlanması qərarına münasibət bildirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Mayis Piriyev “Qafqazinfo”ya Beynəlxalq Valyuta Fondunun iyun ayının sonundan etibarən Azərbaycandakı ofisinin bağlanması ilə bağlı məktubu aldıqlarını təsdiqləyib və Fondun bu qərarını təbii qarşıladıqlarını bildirib.
Qeyd olunub ki, 1992-ci ildən BVF-yə üzv qəbul edilən Azərbaycan 1993-2001-ci illlərdə Fond ilə sıx əməkdaşlıq edib, bir sıra proqramların keçirilməsi üçün Fonddan kreditlər cəlb edib, bununla əlaqədar həmin illər ərzində ölkəmizdə BVF-nun ofisi rezident nümayəndəlik statusunda fəaliyyət göstərib.
Maliyyə Nazirliyinin rəsmisi bildirib ki, BVF-nun əsas missiyası xərclərini gəlirləri ilə tarazlaşdırmaqda maliyyə çətinlikləri çəkən və xarici valyutada olan ehtiyyatlarının tükənməsi problemləri ilə üzləşən üzv ölkələrdə makroiqtisadi və fiskal vəziyyətin sabitləşdirilməsini və yaxşılaşdırılmasını dəstəkləyən kredit və maliyyə yardımı proqramları həyata keçirməkdən ibarətdir. Azərbaycan hökuməti sonuncu dəfə 2001-ci ildə BVF-dan kredit cəlb etmişdir, 2015-ci ilədək isə Fonda olan bütün kreditlərini geri qaytarıb.
Daha çox xəbər:
Nazirlikdən Azərbaycanın IMF-dəkı hesabının artması ilə bağlı AÇIQLAMA
Gündəm / CəmiyyətAzərbaycan iqtisadiyyatını necə milyarda bərpa edə bilər? - AKTUAL
İqtisadiyyatAzərbaycanın Fələstində Təmsilçilik Ofisi təsis edildi
Gündəm / SiyasətErməni deputat: "Laçın dəhlizinin bağlanması bizim üçün qəbuledilməzdir"
Gündəm / CəmiyyətNazir müavininin qapalı məkanda maska taxmaması ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + FOTO
Siyasət / Sosial / Foto