Gündəm / Cəmiyyət
25 dekabr 2024
0
Ərdoğan Azərbaycana başsağlığı verib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana aid təyyarənin qəza xəbərini böyük bir üzüntü ilə öyrəndiyini bildirib.
Türkiyə Prezidenti bu barədə Ak Parti TBMM Qrup toplantısında çıxışı zamanı deyib.
“Hər iki qardaş ölkəyə - Azərbaycan və Qazaxıstana millətimiz adına başsağlığı və keçmiş olsun diləklərimi ifadə edirəm”, - Prezident bildirib.
Qeyd edək ki, bu gün Bakı-Qroznı reysini yerinə yetirən AZAL-a məxsus təyyarə Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə ekipaj üzvləri də daxil olmaqla 67 nəfər olub. Məlumata görə, 28 nəfər qəzadan sağ çıxıb.
Daha çox xəbər:
AZAL-ın Bakı-Qroznı sərnişin təyyarəsi qəzaya uğrayıb -YENİLƏNİB
Gündəm / HadisəMehriban Əliyeva Aktau yaxınlığında təyyarə qəzasında həlak olanlarla bağlı başsağlığı verib
Gündəm / CəmiyyətƏrdoğan prezident seçkilərinin tarixini açıqladı
Gündəm / Dünyaİlham Əliyev Ərdoğana zəng etdi
Gündəm / SiyasətQəzaya uğrayan təyyarədə Priqojin də olub - hamı ölübmüş...
Gündəm / Dünya