Gündəm / Cəmiyyət
25 dekabr 2024
0
Xaricdə yaşayan azərbaycanlılar başsağlığı verdi
Xaricdə yaşayan azərbaycanlılar Aktau yaxınlığında baş vermiş təyyarə qəzası ilə əlaqədar xalqımıza başsağlığı verib.
Başsağlığında deyilir:
“Dekabrın 25-də “Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması, insanların faciəvi şəkildə dünyalarını dəyişməsi xəbəri biz xaricdə yaşayan azərbaycanlıları dərindən sarsıdıb.
Qəza nəticəsində həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə şəfa arzulayırıq.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin baş vermiş hadisənin səbəblərini araşdıraraq müvafiq tədbirlər görəcəyinə əminliyimizi ifadə edirik.
Tarixən xalqımız öz birlik və bərabərliyi sayəsində bütün çətin günlərdən alnıaçıq çıxıb. Biz xaricdə yaşayan azərbaycanlılar belə bir faciənin baş verdiyi gündə də xalqımızın və dövlətimizin yanında olduğumuzu bildiririk.
Uca Tanrı xalqımızı qorusun!”
Daha çox xəbər:
İran Prezidenti təyyarə qəzası ilə bağlı İlham Əliyevə başsağlığı verib
Gündəm / CəmiyyətMehriban Əliyeva Aktau yaxınlığında təyyarə qəzasında həlak olanlarla bağlı başsağlığı verib
Gündəm / Cəmiyyətİlham Əliyev Pakistan Prezidentinə başsağlığı verdi
Gündəm / SiyasətPrezident başsağlığı verdi
Gündəm / Siyasətİlham Əliyev Ərdoğana başsağlığı verdi
Gündəm / Siyasət