Gündəm / Dünya
06 yanvar 2025
0
“Al Jazeera”: Qəzzada münaqişə nəticəsində həlak olan jurnalistlərin sayı 220-yə çatıb
![“Al Jazeera”: Qəzzada münaqişə nəticəsində həlak olan jurnalistlərin sayı 220-yə çatıb](https://azadmedia.az/uploads/posts/2025-01/1736141208_de2b74da-5e82-355a-ab3d-dcd23e8fb184_850.jpg)
Qəzza zolağının şimalındakı Cəbaliya qaçqın düşərgəsinə İsrailin hava hücumu nəticəsində fələstinli yazıçı, şair və jurnalist Məhəmməd Hicazi həlak olub.
Bu barədə Qətərin "Al Jazeera" telekanalı məlumat yayıb.
Məlumata görə, 2023-cü ilin oktyabrın 7-dən bəri İsrail-Fələstin münaqişəsi nəticəsində həlak olan media nümayəndələrinin ümumi sayı 220-yə çatıb.
Kanal Qəzza Səhiyyə Nazirliyinin bəyanatına istinadən bildirir ki, M.Hicazi İsrailin ötən həftə sonu mühasirəyə alınmış əraziyə hücumları zamanı öldürülən 90-a yaxın fələstinli arasında olub.
Xatırladaq ki, daha əvvəl Fələstin Dövlətinin iqtidarı “Al Jazeera” telekanalını “təxribat xarakterli məzmun” yayımlamaqda ittiham edərək onun fəaliyyətini dayandırıb.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
![Fələstində daha 2 jurnalist öldürüldü](https://djb.az/uploads/posts/2024-01/medium/1706535987_1706534541_283269.jpg)
Fələstində daha 2 jurnalist öldürüldü
Gündəm / Cəmiyyət![Qəzzada həlak olan jurnalistlərin sayı açıqlandı](https://azadmedia.az/uploads/posts/2024-09/1727711078_gazze-press-aa-2183460.jpg)
Qəzzada həlak olan jurnalistlərin sayı açıqlandı
Gündəm / Dünya![Fələstində ölən jurnalistlərin sayı 182-yə çatıb](https://azadmedia.az/uploads/posts/2024-11/1730789491_1730788588_image_750x_6728bcc06f4ed.jpg)
Fələstində ölən jurnalistlərin sayı 182-yə çatıb
Gündəm / Dünya![Son 48 saatda Qəzzada 69 fələstinli ölüb](https://www.xeberler.org/uploads/posts/2024-08/medium/1724508241_8679cd21-e303-3329-bad4-14caaeeb3df1_850.jpg)
Son 48 saatda Qəzzada 69 fələstinli ölüb
Gündəm / Dünya![İsraildə 4 Azərbaycanəsilli şəxs həlak olub - Adlar](https://azadmedia.az/uploads/posts/2023-10/1697013003_xin1-1.png)
İsraildə 4 Azərbaycanəsilli şəxs həlak olub - Adlar
Gündəm / Cəmiyyət