Gündəm / Cəmiyyət
29 iyul 2022
20

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 373 yeni yoluxma faktı qeydə alınıb, 321 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1971 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 350, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 139, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 267, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 215 nəfərdir.
Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı