Gündəm / Cəmiyyət
09 avqust 2022
26
Payızda karantin tətbiq oluna bilər - TƏBİB-dən AÇIQLAMA
“Azərbaycanda COVID-19 pandemiyası ilə əlaqədar müəyyən karantin tədbirləri tətbiq oluna bilər”.
Bunu ATV kanalına müsahibəsində TƏBİB-in nümayəndəsi, Elmi-Tədqiqat Profilaktika İnstitutunun elmi işlər üzrə direktor müavini Akif Qurbanov deyib.
O bildirib ki, əgər xəstəliyə yoluxma sayı ciddi şəkildə artarsa, xəstəxanaya yerləşdirilənlərin də sayı arta bilər:
“Biz üzü payıza doğru gedirik. Havaların soyuması başlayacaq. Ola bilər ki, yoluxma sayının həddən artıq artması stasionara yerləşdirilən xəstələrin həddindən artıq artmasına səbəb olsun. Bu da bizim səhiyyə sistemini yükləyəcək. Ona görə də müəyyən karantin tədbirləri də həyata keçirilə bilər”.
Mütəxəssis 18 yaşına çatmış bütün şəxslərə vaksinasiya prosesindən kənarda qalmamağı məsləhət görüb:
“Şərtlərə müəyyən qədər əməl etməliyik. Sıxlıq olan yerlərdə lüzumsuz təmaslardan çəkinmək, maskalardan istifadə etmək lazımdır”.
Daha çox xəbər:
Koronavirusa yoluxma sayı artdığı üçün karantin rejimi sentyabra qədər uzadıla bilərmi?- AÇIQLAMA
Cəmiyyət / SosialPayızda hansı qapanmalar ola bilər? - AÇIQLAMA
Gündəm / CəmiyyətƏhaliyə ŞAD XƏBƏR! Karantin rejimi təyin olunan vaxtdan tez bitə bilər - AÇIQLAMA
Gündəm“Pandemiyanın sona çatdığı elan oluna bilər” - Nazir
CəmiyyətAzərbaycanda bir həftəlik çölə çıxma qadağası tətbiq edilə bilər - Açıqlama
Gündəm / Sosial / Səhiyyə