Gündəm / Cəmiyyət
20 avqust 2022
31
Ermənilər sərhəd müəyyənləşməsini NİYƏ YUBADIR? - "Özləri zərərli çıxacaq..."
Ermənistan Azərbaycanla sərhəddə 3 nəzarət-buraxılış məntəqəsi yaratmağı planlaşdırır. Bu barədə Ermənistan hökumətinin hüquqi aktlar üçün vahid saytında məlumat yerləşdirilib. Bildirilib ki, bunlar Azərbaycanın Kəlbəcər rayonu ilə sərhəddə “Zod”, Sədərək rayonu ilə sərhəddə “Arazdəyən” və Qubadlı rayonu ilə sərhəddə “Eyvazlı” nəzarət-buraxılış məntəqələri olacaq. Qarşı tərəfin planlaşdırdığı nəzarət-buraxılış məntəqələri haqqında “Sherg.az”a danışan ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Ermənistan öncə 2020-ci ildə imzalanan üç tərəfli bəyannamənin müddəalarını əməl etməlidir:
“Qeyri-qanuni silahlı birləşmələr Azərbaycan ərazisindən çıxarılmalıdır. Sərhədlərin delimitasiya-demarkasiyası həyata keçirilməlidir. Bütün bunlara əməl olunmayıb. Ermənistan bu işlərə o qədər də həvəsli görünmür. İndi isə bəyan edir ki, üç nəzarət-buraxılış məntəqəsi açmaq istəyir. Azərbaycanın Ermənistanla sərhədində bu qədər nəzarət-buraxlış məntəqəsi olmasına bir o qədər də ehtiyac yoxdur, lakin Ermənistanın var. Onlar özlərini bir sıra iqtisadi proseslərdən kənarda saxlayır. Ona görə də Ermənistan siyasi-hərbi rəhbərliyi tez bir zamanda düzgün qərar verməlidir, amma hələ fikirləşirlər. Rusiya və digər ölkələrdən hansısa göstərişlər gələcəyini gözləyirlər. Bu da rəsmi Ermənsitanın idarəçiliyində sərbəstliyin olmaması anlamına gəlir”.
Ü.Cəfərov hesab edir ki, Ermənistan gedişatı “tormozladır”:
“Planlaşdırılan nəzarət-buraxılış məntəqələri onların öz işidir. Bəlkə, gələcəkdə üç yox, beş məntəqə lazım oldu. Bu Ermənistan rəhbərliyinin aparacağı siyasətdən asılı məsələdir. Düzgün addımlar atılacaqsa, Azərbaycan da sözsüz ki, qardaş Türkiyə ilə birlikdə onların addımlarına uyğun adekvat cavab verəcək. Qarşı tərəf özü prosesləri ləngidir. Amma bu, onların xeyrinə deyil. Hər halda baş verən hadisələr onu göstərir ki, Ermənistan özünü daha da təcrid olunmuş vəziyyətə salır. Bu baxımdan rəsmi İrəvan təcili addımlar atmalıdır”.
Daha çox xəbər:
Azərbaycan bu gündən Qafan yolunda nəzarət-buraxılış məntəqəsi qurur
Gündəm / SiyasətSərhəddə atışma - Ermənistan itki verdi (FOTO)
Gündəm / CəmiyyətErmənilər sərhəddə TƏXRİBAT TÖRƏTDİ
Gündəm / SiyasətAzərbaycan Prezidentinin köməkçisi: "Beynəlxalq ictimaiyyəti Ermənistanın sərhəddə törətdiyi taxirbatı kəskin şəkildə qınamağa çağırırıq"
Gündəm / SiyasətRusiya, Azərbaycan, Ermənistan sərhəd və digər nəzarət üzrə mövqelərdə bir araya gəliblər
Gündəm / Siyasət