Gündəm / Cəmiyyət
21 sentyabr 2022
24
Bu gün Beynəlxalq Sülh Günüdür
21 sentyabr Beynəlxalq Sülh Günüdür.
Beynəlxalq Sülh Günü Birləşmiş Millətlər Təşkilatının 30 noyabr 1981-ci ildəki qərarı ilə bütün dünyada qeyd olunur. Dünyanın 192 ölkəsi yekdil olaraq bu qərarın lehinə səs verib.
1999-cu ildə rejissor Ceremi Cilli insan cəmiyyətinin əsas problemləri və nisbətən təcili həll olunmalı olan məsələlər barəsində “Peace one day”i yaratdı. Onun əsas cəhd etdiyi o idi ki, heç olmasa ildə bircə gün bütün dünyada insan zorakılığının baş verməsinin qarşısını alsın, atəşkəs olsun.
21 sentyabr nəinki yalnız xalqlar arasında, həmçinin, ailələrdə, məktəblərdə köklü zorakılığa qarşı mübarizənin əldə olunmasına nail olmaq üçün bir gündür. Bu səbəbdən də 21 Sentyabr bütün planet insanları üçün çox vacibdir.
Bu gün üçün əsas məqsədlərdən biri insanları sülhə cəlb etməkdir. Bu səbəbdən də yaşından, irqindən, milliyətindən, dinindən və cinsindən asılı olmayaraq, sülhə nail olmaq istəyən hər kəsin yardımına ehtiyac var.
Daha çox xəbər:
18 iyun - Azərbaycanda Milli İnsan Hüquqları Günüdür
Gündəm / Cəmiyyət5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür
Gündəm / CəmiyyətDohada Əfqanıstan hökuməti və "Taliban" arasında sülh danışıqları başlayıb
Siyasət / Dünya1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Gündəm / Siyasət"Əfsuslar olsun ki, bu qətnamələr icra olunmayıb" - Prezident
Gündəm / Siyasət