Gündəm / Cəmiyyət
02 noyabr 2022
2
İrana işləyən Orxan israilli milyarderə də sui-qəsd təşkil edibmiş
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İran kəşfiyyatının nəzarəti altında yaradılmış şəbəkənin ifşası ilə bağlı yaydığı məlumatda və videoda adı çəkilən Əsədov Orxan Fərman oğlu barəsində daha əvvəl də məlumatların yayılması məlum olub.
Milliinfo.az Oxu.az-a istinadən xəbər verir ki, İran xüsusi xidmət orqanları tərəfindən təlimlərə cəlb edənlərdən biri olan O.Əsədov ötən il üçüncü ölkə ərazisində terror aktına cəhd edərkən həbs olunub.
Belə ki, Orxan Əsədov Kiprdə israilli milyarder Tedi Saqi də daxil olmaqla bir sıra yəhudi biznesmenlərə sui-qəsd təşkil etməkdə təqsirli bilinir. Onun 2021-ci ilin sentyabrında Kiprdə sui-qəsd planlarını icra etməyə çalışarkən saxlanıldığı qeyd olunur.
Həmin zaman istər İsrail mətbuatında, istərsə də dünyanın digər media orqanlarında Orxan Əsədovun məhz İran xüsusi xidmət orqanlarının təlimatı əsasında hərəkət etdiyi yazılırdı.
Məlumatlara əsasən, Rusiya pasportu daşıyan Orxan Əsədov Moskvada yaşayıb və orada xırda ticarətlə məşğul olub. Orxan Əsədov Rusiyada fəaliyyət göstərən “Əhli-Beyt” cəmiyyətinin üzvüdür.
Xatırladaq ki, Orxan Əsədov saxlanıldıqdan sonra onunla əlbir olan digərləri müəyyən edilib və həbs olunublar.
Açıq internet mənbələrində olan ən son məlumatlara əsasən, Orxan Əsədov Nikosiya məhkəməsi tərəfindən mühakimə edilir.
Daha çox xəbər:
DTX-nin ifşa etdiyi şəxs israilli biznesmenləri öldürmək istəyib...
Gündəm / CəmiyyətYeni icra başçısı Orxan Mürsəlov kimdir? - Fotolar
Gündəm / CəmiyyətAzərbaycanlıların Rusiyada “xiyar davası”
Hadisəİrəvandakı partlayışın hədəfi PAŞİNYANDIR? - Onu öldürə bilərlər...
Gündəm / DünyaDTX-nin həbs etdiyi “Broker Əbülfəz” kimdir?
Gündəm / Hadisə