Gündəm / Dünya
03 noyabr 2022
5
Türkiyə "Tayfun" raketinin uçuş məsafəsini ARTIRIR
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin raket silahlarının yaradılması üzrə yeni layihələr həyata keçirdiyini və ilk milli ballistik raket “Tayfun”un uçuş məsafəsini artırmağı planlaşdırdığını açıqlayıb.
Bu barədə “Sabah” qəzeti məlumat yayıb.
“Hazırda 561 kilometr olan “Tayfun” raketinin uçuş məsafəsini artırmağı planlaşdırırıq. Vaxtı gələndə “Cenk” və “Gezgin” kimi raketlərlə bağlı şad xəbərlər verəcəyik”, – deyən Ərdoğan detalları açıqlamayıb.
Yerli media qeyd edir ki, Türkiyə Prezidenti ilk dəfə olaraq eyniadlı ballistik raketin yaradılması ilə bağlı gizli “Cenk” layihəsinin adını açıqlayıb.
“Gezgin” F-16 döyüş təyyarələri və “Akıncı”da təchiz edilməsi planlaşdırılan qanadlı raketdir. Dağıntı radiusu 275 kilometrdir.
Qeyd edək ki, “Tayfun” raketinin sınaqları Türkiyə tərəfindən oktyabr ayında Qara dəniz üzərində həyata keçirilib. Türkiyənin “Roketsan” şirkəti tərəfindən hazırlanan raket 561 km məsafədəki hədəfi 458 saniyəyə vurub.
Daha çox xəbər:
Türkiyə "Tayfun" raketinin uçuş məsafəsini ARTIRIR
Gündəm / DünyaRusiya Ukrayna ilə sərhəddə ballistik raket yerləşdirdi - VİDEO
Gündəm / CəmiyyətSabah Zəngilan Beynəlxalq Hava Limanının açılışı olacaq
Gündəm / CəmiyyətƏrdoğan və Putin telefonla danışdı
Gündəm / DünyaƏrdoğan Füzuli aeroportunun açılışında iştirak edəcək
Gündəm / Siyasət