Cəmiyyət
18 aprel 2023
0
Tibbi maskalarla bağlı güzəşt 2030-cu ilədək uzadıldı
![](https://www.xeberler.org/uploads/posts/2023-04/medium/1681808609_1651049303.maska_banco.az__4.jpg)
Tibbi maskaların istehsalı məqsədilə ölkəyə gətirilən kimyəvi saplardan hopdurulmuş və ya hopdurulmamış, örtüklü və ya örtüksüz, təkrarlanmış və ya təkrarlanmamış, toxunmamış materiallara tətbiq edilən güzəştin müddəti uzadılıb.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
“Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə edilən dəyişikliklə güzəşt müddəti 31 dekabr 2030-cu il tarixinədək artırılıb.
Qərarda bildirilib ki, tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskaların istehsalı məqsədilə kimyəvi saplardan hopdurulmuş və ya hopdurulmamış, örtüklü və ya örtüksüz, təkrarlanmış və ya təkrarlanmamış, toxunmamış materiallar 2030-cu ilədək 15 faiz idxal gömrük rüsumundan azad edilir.
İndiyə qədər bu müddət 2024-cü ilədək nəzərdə tutulmuşdu.
Qərar 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
![Aİ-92 benzini gömrük rüsumundan azad OLUNDU](http://azadmedia.az/uploads/posts/2022-02/1643690373_1643660544_benzin-1643659704-1.jpg)
Aİ-92 benzini gömrük rüsumundan azad OLUNDU
Gündəm / İqtisadiyyat![Baş nazirdən toyuq ətinin qiyməti ilə bağlı QƏRAR](http://azadmedia.az/uploads/posts/2021-12/thumbs/1640851329_1640846635_1595944596_eli.jpg)
Baş nazirdən toyuq ətinin qiyməti ilə bağlı QƏRAR
Gündəm / Cəmiyyət![Yeməli həşəratlar üçün gömrük rüsumu müəyyənləşdi](http://azadmedia.az/uploads/posts/2022-04/1649831671_1649829793_6255942fb0c266255942fb0c2716497756636255942fb0c226255942fb0c24.jpg)
Yeməli həşəratlar üçün gömrük rüsumu müəyyənləşdi
Cəmiyyət![Baş nazirdən kərə yağının qiyməti ilə bağlı QƏRAR](http://azadmedia.az/uploads/posts/2021-12/thumbs/1639732546_1639731515_1595944596_eli.jpg)
Baş nazirdən kərə yağının qiyməti ilə bağlı QƏRAR
Gündəm / Siyasət![Alkaqollu içkilərin və siqaretlərin aksiz dərəcəsi ARTIRILDI](http://azadmedia.az/uploads/posts/2022-04/1649914416_1649912742_icki-siqaret-1.jpg)
Alkaqollu içkilərin və siqaretlərin aksiz dərəcəsi ARTIRILDI
Gündəm / İqtisadiyyat