Cəmiyyət
14 sentyabr 2022
11
Təcili qan lazım olması barədə yayılan məlumatlar əsassızdır - TƏBİB
"Sosial media istifadəçiləri arasında aktiv hərbi əməliyyatlar zamanı yaralanmış hərbi qulluqçular üçün təcili qan lazım olduğu ilə bağlı məlumatlarla rastlaşırıq. Bu kimi məlumatların əsassız olduğunu vurğulayırıq".
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, əsassız yayılan məlumatlar vətəndaşlar arasında həyəcan və təşvişə səbəb olur.
"Bütün bunları nəzərə alaraq, sosial şəbəkə istifadəçilərini rəsmi sürətdə təsdiqini tapmamış məlumatları yaymamağa, belə bir halla rastlaşdıqları zaman yalnız rəsmi qurumların məlumatlarına istinad etməyə çağırırıq", - məlumatda deyilir.
Mərkəzi Qan Bankı vətəndaşlarımızın diqqətinə çatdırır ki, hazırda Mərkəzi Qan Bankında və bölmələrində qan ehtiyatları kifayət qədər var və müalicə məqsədilə qan ehtiyacı yarandığı zaman, həmin an tibb müəssisələri qanla təmin edilə bilər.
Daha çox xəbər:
Aşura günü qan veriləcək məntəqələrin ünvanları AÇIQLANDI
Gündəm / CəmiyyətKoronavirusu ağır formada keçirən qan qrupu məlum olub
Cəmiyyət / SəhiyyəAşura ilə əlaqədar qanvermə aksiyası keçirilir - ÜNVANLAR
Gündəm / CəmiyyətTƏBİB: Şirvan xəstəxanasına yaralı və huşsuz vəziyyətdə hərbçilərin gətirilməsi yalandır
GündəmSaakaşviliyə həbsxanada qan köçürüldü
Gündəm / Dünya