Dünya
06 iyul 2023
0

2024-cü ildə dünyanı nələr gözləyir?



"Balkanların Nostradamusu" kimi tanınan və bir çox kəhanətləri ilə beynəlxalq ictimai rəyin gündəmində olan Baba Vanqanın 2024-cü il üçün sözləri və yeni kəhanətləri ortaya çıxıb.

Bu barədə Rumıniya KİV-ləri məlumat dərc ediblər.

Məlumata görə, Baba Vanqa 2024-cü ildə dünyada böyük bir transformasiyadan keçəcəyini bildirib. 2024-cü ildə iki çox böyük elmi irəliləyişin dünyanın gedişatını sonsuza qədər dəyişdirəcəyi iddia edən, Vanqa xərçəngə qarşı bir dərman hazırlanacağını və bu xəstəliyin aradan qalxacağını da qeyd edib. Digər tərəfdən, Baba Vanqa QİÇS-in kökünün kəsiləcəyini vurğulayıb.

Baba Vanqanın 2024-cü il üçün irəli sürdüyü kəhanətlərdən biri də “neft əsri”nin sona çatacağıdır.

Xatırladaq ki, Vanqanın 2023-cü il üçün kəhanətləri arasında nüvə fəlakəti xəbərdarlığı da var. Bildirilib ki, Çernobıl fəlakəti barədə əvvəllər məlumat verən Vanqa 2023-cü ildə atom elektrik stansiyasının partlaması nəticəsində baş verə biləcək fəlakət barədə xəbərdarlıq edib. Belə ki, aylardır davam edən Rusiya-Ukrayna müharibəsində Avropanın ən böyük Zaporojye Atom Elektrik Stansiyasını rus işğalçıları tərəfindən tutulub.

Bundan sonra ekspertlər bölgədəki nüvə təhlükəsinə diqqət çəkib. Xüsusilə nüvə narahatlıqlarının artdığı, Ukraynada baş verə biləcək fəlakətə qarşı xalqa yod həblərinin paylandığı bir vaxtda Baba Vanqanın nüvə kəhanəti gündəmdədir.

Rus işğalçılarının fabrikdə etdiyi ən kiçik səhv Avropanın bir çox ölkəsi üçün ağır nəticələrə səbəb ola bilər.

Qeyd edək ki, "Balkanların Nostradamusu" kimi tanınan bolqar 11 sentyabr hücumlarını və illər əvvəl Brexit prosesini proqnozlaşdırmışdı. Gənc yaşda görmə qabiliyyətini itirən Vanqanın kəhanətləri hər il diqqətlə izlənilir.