Gündəm / İqtisadiyyat
26 yanvar 2023
59
"Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" qanun təsdiqləndi
Prezident İlham Əliyev "Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" qanunu təsdiqləyib.
5 fəsil, 15 maddədən ibarət olan qanun mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində münasibətləri tənzimləyəcək, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dövlət dəstəyinin təşviqinin forma və metodlarını müəyyən edəcək.
Qanunda istifadə olunan əsas anlayışlar, mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində qanunvericilik, dövlət siyasətinin məqsədləri, prinsipləri və əsas istiqamətləri, sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin şərtləri, dəstəyin formaları, göstərilməsi qaydası və qiymətləndirilməsi, habelə dövlət maliyyə dəstəyi, məsləhət və informasiya dəstəyi, subyektlərin innovasiya, məhsul istehsalı və xidmət sahəsində dəstəklənməsi və digər məsələlərlə bağlı maddələr təsbit olunub.
Qanuna əsasən, mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən səlahiyyətli qurumun yanında daimi fəaliyyət göstərən koordinasiya qrupunun yaradılması nəzərdə tutulub. Bununla yanaşı, səlahiyyətli qurum sahibkarlıq subyektləri haqqında müvafiq məlumatların daxil edildiyi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrini yaradır. Vahid reyestrin aparılması qaydası və həmin reyestrə daxil edilməli olan məlumatların siyahısı mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında əsasnamə ilə müəyyən edilir.
Daha çox xəbər:
Azərbaycanda mikro sahibkarlara vergi güzəştləri veriləcək
İqtisadiyyat / Cəmiyyət / SosialPrezidentdən "ASAN Xidmət"lə bağlı FƏRMAN
Gündəm / SiyasətBu sahibkarların məhsullarının satışına dəstək qaydası təsdiqləndi
Gündəm / İqtisadiyyatPrezident “Bakı KOB evi”nin açılışında
Siyasət / İdmanİlham Əliyev 2 fərman imzaladı
İqtisadiyyat