Gündəm / Cəmiyyət
22 iyun 2023
2
Quru sərhədlərlə bağlı SON DƏQİQƏ açıqlaması: iyulun 1-də...
Məlumdur ki, Operativ Qərargah pandemiya səbəbindən quru sərhədlərin iyul ayının 1-nə kimi bağlı olması ilə əlaqədar qərar verib. Artıq həmin müddət bitmək üzrədir.
Quru sərhədlərin açılmasına doğrudanmı pandemiya mane olur? Sərhədlərin tezliklə açılacağına ümid varmı?
Mövzuya münasibət bildirən millət vəkili Fazil Mustafa Musavat.com-a açıqlamasında qeyd edib ki, pandemiya artıq başa çatıb.
Millət vəkili bildirib ki, görünür, Operativ Qərargahın müəyyən təhlükələrlə bağlı, yaxud da hansısa bir ölkədə virusun vəziyyəti ilə bağlı informasiyası ola bilər:
“Məndə belə bir informasiya yoxdur. Bu prosesin nəyə görə uzandığını söyləməkdə çətinlik çəkirəm. Ola bilsin ki, təhlükəsizlik səbəblərinə görə sərhədlərin müəyyən dərəcədə bağlı olması nəzərdə tutula bilər. Amma bu istiqamətdə addımlar yumşaldılmalıdır. Məsələn, Türkiyə ilə sərhəddə tələbələrin, xəstələrin keçidi məsələsinə mütləq aydınlıq gətirilməlidir. Digər məsələlərə də aydınlıq gətirilməlidir. Hesab edirəm ki, bu istiqamətdə müəyyən addımlar atıla bilər.
Hər halda gecikmə hələ ki, sərhədlərin açılmasına ümid yaratmır. Amma hesab edirəm ki, quru sərhədləri açılmalıdır. Vətəndaşlar bu gün çox əziyyət çəkir. Bu əziyyəti heç olmasa müəyyən dərəcədə yumşaltmaq vacibdir”.
Daha çox xəbər:
"Quru sərhədlərin açılması məsələsinə baxılsın" - Deputat
Gündəm / CəmiyyətGürcüstanın baş epidemioloqu Azərbaycanla sərhədlərin açılmasına münasibət bildirib
Siyasət / DünyaAzərbaycanda bu tarixdən maska rejimi LƏĞV OLUNUR
Gündəm / CəmiyyətMillət vəkili Nigar Arpadarai ATƏT-in çağırışına münasibət bildirdi
SiyasətDeputat quru sərhədlərinin açılmasını TƏKLİF ETDİ
Gündəm / Cəmiyyət