Gündəm / Cəmiyyət
19 iyun 2023
0
KOBİA işçisinin topladığı var-dövlət hardandı? – Orxan Məmmədovun masasına
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ölkəmizdə kiçik və orta biznes subyektlərinin inkişafını dəstəkləyən, onun tənzimlənməsində, kiçik və orta biznes maraqlarının qorunmasında və problemlərinin həllində iştirak edən, sahibkarlara bir sıra xidmətlər göstərən,dövlət və özəl qurumların bu sahədə xidmətlərini əlaqələndirən və səlahiyyətli qurum kimi çıxış edən publik hüquqi şəxsdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 28 dekabr tarixli Fərmanı ilə yaradılmış KOBİA fəaliyyətə başladıqdan sonra bu istiqamətdə fəaliyyətini davam etdirmiş, yeni kiçik və orta biznes subyektlərinin yaradılmasına və mövcud KOB-ların inkişafına, sahibkarların qanuni maraqlarının müdafiəsinə, onların bazarlara, bilik və innovasiyalara, maliyyə resurlarına çıxışına dəstək göstərmişdir. Hazırda da KOB-ların inkişafı üçün münbit biznes şəraiti, xidmət infrastrukturu yaradılıb, güzəştlər tətbiq olunur, texniki-təşkilati dəstək göstərilir, bilik və bacarıqlarının artırılması yönündə təlim və seminarlar keçirilir.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) fəaliyyət istiqamətlərindən biri də kiçik və orta biznes subyektlərinin maliyyə resurslarına çıxışının dəstəklənməsidir. Qeyd edilənlərlə yanaşı, KOB-ların maliyyələşmə mənbələrinə çıxış imkanlarını asanlaşdırmaq üçün bir sıra dövlət dəstəyi tədbirləri həyata keçirilir, güzəştli kredit, zəmanət və digər bu kimi dəstək mexanizmləri mövcuddur. Agentlik tərəfindən mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək sahələrində KOB subyektlərinin layihələri maliyyələşdirilir, qrant müsabiqələri keçirilir.
Aktualinfo.org-a verilən məlumatlarda layihələri maliyyələşdirilməsi prosesində bir çox hallarda tanışlıq faktoru rol oynayır. Belə ki, əgər KOBİA-da tanışın yoxdusa, layihən keçməyə bilər. Əgər varsa zəmanətlə güzəşli kredit almaq, qrant müsabiqələrində qalib olmaq şansın yüksək olur. Verilən məlumatlara görə Agentlikdə bu kimi işlərlə məşğul olan bir neçə nəfər var ki, onlardan biri də Biznesə Xidmətlər Departamentinin təchizat şöbəsinin rəis müavini Mahir Cəbiyevdir. Verilən məlumatlara görə mahir Cəbiyev işlədiyi qısa müddət ərzində özünə xeyli əmlak alıb. 2020-ci ildə Bakıxanov qəsəbəsi Sakit Qocayev küşəsində 85 kvadratmetr sahəsi olan mənzil və iki qaraj alıb. 2021-ci ildə Novxanı qəsəbəsində bağ evi alıb. Bundan başqa Mahir Cəbiyevin bahalı avtomobillər kolleksiyası da var. 77 HD 549 dövlət nömrə nişanlı, AUDİ A6 markalı avtomobili 46 min ABÇ dollarına 2019-cu ildə, 10 OK 050 dövlət nömrə nişanlı, AUDİ A7 markalı avtomobili isə 05.01.2023-cü ildə 75 min ABŞ dollarına alıb. Mahir Cəbiyevin həyat yoldaşının idarə etdiyi 10 OY 050 İX markalı avtomobilin qıyməti isə 35 min ABŞ dollarınadır. Məlumata görə Mahir Cəbiyev qaynatasına da bir “Opel Astra” avtomobili hədiyyə edib.
Bu sadalananlar Mahir Cəbiyevin son illər əldə etdiyi əmlaklarının az bir hissəsidir. Məlumatlara görə qohum əqrəbasının adına başqa bir neçə mənzil və bağ evi alıb, onların adına şirkərlər açaraq biznes fəaliyyəti ilə də məşğuldur.
Qeyd edək ki, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovdur. Prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə 27 fevral 2018-ci ildə təyin edilib. Onun rəhbərliyi ilə son illər Azərbaycanda mikro, kiçik və orta biznes subyektlərinin inkişaf etdirilməsi məqsədi ilə müvafiq tədbirlər həyata keçirilib və keçirilməkdə davam edir. Tez-tez sahibkarlarla görüşlər keçirən KOBİA sədri biznes subyektlərinə beynəlxalq təcrübənin öyrənilməsi və sahibkarların qarşılaşdıqları çətinliklərin müzakirələrini aparır. Sahibkar maraqlarının müdafiəsi, yeni KOB subyektlərinin yaradılması və inkişafı, sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri, dövlət qurumları ilə əlaqələndirmə kimi məlumatları çatdırır.
Amma çox təəssüflər olsun ki, Agentliyin adına xələl gətirən hallar da baş verir ki, əldə etdiyimiz məlumatlara görə bundan Orxan Məmmədovun xəbəri yoxdu. Ağentliyin Biznesə Xidmətlər Departamentinin təchizat şöbəsinin rəis müavini Mahir Cəbiyevin barəsində redaksiyamıza verilən məlumatlara gəlincə. Qeyd etmək istərdik ki, məlumatlara aydınlıq gətirimək məqsədi ilə Mahir Cəbiyevlə əlaqə saxlamağa bir neçə dəfə cəhd etdik. Onun gah ölkədə olmadığını, gah da ğzünün bizimlə əlaqə saxlayacağını bildirdilər. Qurumun mətbuat xidməti isə söylənilənləri araşdırıb məlumat verəcəyini bildirsə də, artıq bir neçə gün keçməsinə baxmayaraq bizimlə əlaqə saxlamadı. Buna baxmayaraq biz tərəf olaraq Agentliyin də verilən məlumatlara münasibətinə yer verməyə hazırıq.
Aktualinfo.org
Daha çox xəbər:
Prezident “Bakı KOB evi”nin açılışında
Siyasət / İdman"Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" qanun təsdiqləndi
Gündəm / İqtisadiyyatAzərbaycanda mikro sahibkarlara vergi güzəştləri veriləcək
İqtisadiyyat / Cəmiyyət / Sosialİlham Əliyev 2 fərman imzaladı
İqtisadiyyatErmənistanın Bərdəyə hərbi təxribatı nəticəsində həlak olanlar arasında sahibkarlar da var
Gündəm / Hadisə