Gündəm / Cəmiyyət
26 dekabr 2024
1
Böyük Britaniyanın Azərbaycandakı səfirliyində bayraq yarıya qədər endirilib
Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinə matəm elan olunması ilə əlaqədar Böyük Britaniyanın Azərbaycandakı səfirliyində bayraq yarıya qədər endirilib.
Bu barədə səfirliyin "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
"Bu gün Azərbaycanda matəm gününə səmimi hörmət əlaməti olaraq və təyyarə qəzasında həlak olanların xatirəsinə Böyük Britaniyanın Bakıdakı səfirliyindəki bayraq yarıya qədər endirilib", - məlumatda qeyd olunub.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən "Embraer” sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində sərnişinlərin 38-i həlak olub, 3-ü uşaq olmaqla 29-u sağ qalıb.
Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.
Daha çox xəbər:
Metyu Miller: ABŞ aviaqəza ilə əlaqədar Qazaxıstan və Azərbaycana kömək etməyə hazırdır
Gündəm / CəmiyyətDekabrın 26-da Azərbaycanda matəm elan edilib
Gündəm / CəmiyyətAZAL-ın prezidenti: Ekipajın peşəkarlığı nəticəsində 29 sərnişin sağ qalıb, cənazələr iki gün ərzində ölkəyə gətiriləcək
Gündəm / CəmiyyətAZAL-ın Bakı-Qroznı sərnişin təyyarəsi qəzaya uğrayıb -YENİLƏNİB
Gündəm / Hadisəİran Prezidenti təyyarə qəzası ilə bağlı İlham Əliyevə başsağlığı verib
Gündəm / Cəmiyyət