Gündəm / Cəmiyyət
28 dekabr 2024
0
Azərbaycanda Rusiya vətəndaşlarının müvəqqəti qalma müddəti ilə bağlı qaydalar dəyişəcək
Yaxın günlərdə Azərbaycan ərazisində Rusiya vətəndaşlarının müvəqqəti olma müddəti barədə qaydalara dəyişiklik edilməsi nəzərdə tutulub.
Bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Rusiyada xarici vətəndaşların müvəqqəti olma müddəti ilə əlaqədar qəbul edilmiş yeni qaydalarla bağlı yerli medianın sualına cavabında deyib.
O vurğulayıb ki, Rusiya tərəfinin tətbiq etdiyi yeni qaydalar və ölkədə qalma müddəti ilə bağlı tələblərin sərtləşdirilməsi ilk növbədə Azərbaycan vətəndaşlarının hüquqları kontekstində nəzərdən keçirilir:
"Azərbaycan tərəfi hər bir xarici siyasət məsələlərində olduğu kimi, müvəqqəti olma və miqrasiya məsələlərində də paritet və qarşılılıq prinsiplərindən çıxış edəcək".
Daha çox xəbər:
“ASAN” xidmətin səlahiyyətləri artırıldı
Siyasət / SosialAzərbaycan İrana nota verdi
Gündəm / SiyasətAzərbaycanda vətəndaşlığı olmayan şəxslərə qarşı yeni tələb qoyulur
Siyasət / İqtisadiyyat / CəmiyyətGələn ildən Rusiyaya səfərlə bağlı yeni qaydalar qüvvəyə minəcək
Gündəm / Cəmiyyətİran 4 diplomatımızı “arzuolunmaz şəxs” elan etdi - RƏSMİ
Gündəm / Siyasət