Gündəm / Cəmiyyət
06 yanvar 2025
0
DMX Azərbaycana səfər edən Rusiya vətəndaşlarına müraciət edib
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2024-cü il tarixli 561 nömrəli Qərarına əsasən, 1 yanvar 2025-ci il tarixindən viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn Rusiya Federasiyası vətəndaşlarının və Rusiya Federasiyasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti bir təqvim ili ərzində 90 gündən artıq ola bilməz.
Bu barədə Dövlət Miqrasiya Xidmətinin məlumatında bildirilib.
Qeyd edilib ki, il ərzində ölkədə 90 gündən artıq olmaq və ya yaşamaq istəyən Rusiya Federasiyası vətəndaşları və Rusiya Federasiyasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər müvəqqəti olma müddətləri bitənədək qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud olduğu təqdirdə, bu müddətin uzadılması və ya müvəqqəti yaşama icazəsinin verilməsi üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir.
1 yanvar 2025-ci il tarixindən ölkə ərazisinə gələn Rusiya Federasiyası vətəndaşlarının və Rusiya Federasiyasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin bu tələbə əməl etmələri zəruridir.
Ətraflı məlumat üçün Dövlət Miqrasiya Xidmətinin (012) 919 Çağrı Mərkəzinə, rəsmi sosial şəbəkə hesablarına (facebook, instagram) və ya İctimaiyyətlə Əlaqələr İdarəsinə - [email protected] e-maili vasitəsilə müraciət edə bilərsiniz.
Daha çox xəbər:
Gələn ildən Rusiyaya səfərlə bağlı yeni qaydalar qüvvəyə minəcək
Gündəm / CəmiyyətAzərbaycanda vətəndaşlığı olmayan şəxslərə qarşı yeni tələb qoyulur
Siyasət / İqtisadiyyat / CəmiyyətBu şəxslərə Azərbaycanda daimi yaşamaq icazəsi verildi
Gündəm / SiyasətAzərbaycanda Rusiya vətəndaşlarının müvəqqəti qalma müddəti ilə bağlı qaydalar dəyişəcək
Gündəm / Cəmiyyət“ASAN” xidmətin səlahiyyətləri artırıldı
Siyasət / Sosial